Asiya ilə Avropanın qovuşuğunda yerləşən, Cənubi Qafqazda ən qədim dövlətçilik tarixi olan Azərbaycanda svastika arxeoloji mədəniyyətin bir nümunəsi olaraq aşkar olunub. Azərbaycanda Cəlilabad rayonunun Uzuntəpə, Çəmənli və Ləkin kəndlərində Muğan Tarixçilər Birliyinin üzvləri tərəfindən aşkar edilən bu çərxifələk simvolları ayrı-ayrılıqda Ləkində küp qəbir üzərində, Uzuntəpədə təsərrüfat küpünun qapağı üzərində sahibi tərəfindən cızılmış, Xudutəpədə isə qədim yaşayış sahəsindən tapılan boşqab qabın içərisində nəfis şəkildə rəngli çalarlarla işlənmişdir. (Bunların araşdırılması ilə bağlı nəticəni çap olunacaq məqalədə oxuya bilərsiniz). İndi isə svastika haqqında:
Svastika (çərxi-fələk) bu gün dünyaya yayılan simvollardan biridir. Bəs bu damğa-simvolu ilk olaraq hansı qəbilə, hansı tayfa, yaxud hansı dövlət icad etmişdir?…
Bu haqda müxtəlif araşdırmalar, müxtəlif versiyalar var. İlk öncə, SVASTİKA nədir?
Svastika — ən qədim və dünyada ən çox yayılmış qrafik simvollardan biridir. Svastika simvoluna arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların, o cümlədən, xalçaların üzərində də rast gəlmək mümkündür.
Svastika kəlməsi sanskritçədəki su (yaxşı) və asti (olmaq) kəlimələrinin birləşməsindən meydana gəlmişdir. “yaxşı olmaq, xoşbəxt və sağlam olmaq” mənalarına gəlir.
Svastikanın mənası ayrı-ayrı sivilizasiyalardan asılı olaraq dəyişir və ümumiyyətlə aşağıdakı mənaları ifadə edir:
1. Günəş simvolu: Bir çox qədim mədəniyyətdə svastika Günəşin, hərəkətin və həyatın simvolu olaraq, dörd tərəfi ilə dörd fəsil, dörd əsas istiqaməti və ya Günəşin göydəki “hərəkətini” təmsil edir;
2. Uğur və xoşbəxtlik: Hind, Buddist və digər mədəniyyətlərdə svastika uğur, rifah, bərəkət və xoşbəxtlik simvolu sayılır;
3. Həyat və yaradıcılıq: Svastikanın fırlanan forması həyatın dövriyyəsini, daim yenilənən təbiəti və yaradıcılıq enerjisini simvollaşdırır;
4. Dini və ruhsal (fəlsəfi termin kimi ”spiritual” da demək mümkündür) məna: Bir çox qədim din və inanclarda svastika ilahi qüvvələrlə əlaqəli, müqəddəs bir simvol kimi istifadə edilir.
Tarixi dövrlərlə müqayisəyə gəldikdə Azərbaycanda və Cənubi Qafqazda belə nümunələrin tapılması bəs hansı dövrlərə aid edilir?
Mütəxxəsislərin fikrincə və aparılan tədqiqatlara görə, Tunc və İlk Dəmir dövründə (e.ə. IV minilliyin II yarısı – e.ə. I minilliyin VIII əsrinə qədər) küp qəbirlər geniş yayılıb. Onların qapaqlarında bəzən Günəş, çərxifələk və digər damğalar qoyulub.
Antik və Orta əsrlər dövründə (e.ə. I minilliyin IV əsri – eramızın III əsri) də həm küp qəbirlər, həm də təsərrüfat küplərindən və onların qapaqlarından geniş istifadə olunub, Bu dövrlərdə də digər damğalarla yanaşı svastika (çərxifələk) işarələri də öz əksini tapmışdır. Deməli, Cənubi Qafqazda aşkar olunan svastika qədim və Orta əsrlər dövünə aiddir.
Bəs ayrı-ayrı mədəniyyətlərdə bu simvolun mənasın necə izah etmək olar? Araşdırmaların nəticəsi olaraq:
1. Türk və Azərbaycan mədəniyyətində:
– Svastika türk xalqlarında “çərxifələk”, ”günəş damğası” adlanıb.
– Qədim türk xalqlarında bu damğa həyat enerjisi, davamlılıq, günəş və göyün gücü ilə bağlı olub.
Azərbaycanda küp qəbirlərdə və təsərrüfat küplərində rast gəlinməsi təsadüfi deyil – ölümsüzlük və həyat dövranı inancı ilə bağlıdır.
“Türklərə görə 4 rəqəmi Dörd Kainat deməkdir, bu forma 4 kainatda Allaha daxil olmaq düşüncəsinə sahib olmaq deməkdir.
XAÇ kimi görünən forma Öntürk dilində OQ damğasıdır.
Günahsız olmaq deməkdir. Əslində meydan oxuyan forma XAÇ yox, BEŞ damğasıdır.
Forma fırlanma hissi verir. Bu U damğası dönməklə Ruhun Allaha girişini ifadə edir” (Açıqlama: Haluk Tarcandan sitat\ Selim Sarısoy).
2. Hind mədəniyyətində
– Hələ də müqəddəs işarədir, uğur və rifah anlamını daşıyır.
– Məbədlərdə, evlərin qapılarında, mərasimlərdə istifadə olunur.
3. Avropa və digər yerlərdə
– Qədim Yunanıstan, Roma, hətta skandinaviya mifologiyasında da rast gəlinib.
– Sonrakı əsrlərdə bəzi xalqlarda “günəş xaçı” adlandırılıb.
4. XX əsrdə yanlış yozum
– Almaniyada nasistlərin bu işarəni mənimsəməsi nəticəsində qərb dünyasında mənası dəyişdi və mənfi assosiasiyalar (qrulaşmış birliklər, təşkilarlar, partiyalar mənasında) qazandı. Faşist təşkilatının rəmzi simvoluna çevrildi. Halbuki qədimdən bəri bu simvol müsbət, həyat və xoşbəxtlik rəmzi olub.
II Dünya Müharibəsinə qədər svastika simvolundan dünyanın bir sıra ölkələrində istifadə olunurdu. Sonuncu rus imperatoru II Nikolayın avtomobilinin və 1917-ci ildə Rusiyada “Müvəqqəti hökumət”in rəhbəri Kerenskinin hakimiyyəti dövründə dövriyyəyə buraxılan 250 manatlıq pul əskinaslarının üzərində də svastika simvolu həkk olunmuşdur (uğur, bərəkət, xoşbəxtlik rəmzi olaraq).
Bəs svastikanın tarixi hansı minilliklərə gedib çıxır?
— Güney Sibiriyada yer alan bir kurqandakı mumyanın içində bulunan 18 min illik dünyanın ilk metal pulu tapıldı, üzərində də svastika simvolu. Bəs bunu icad edən kim??. Əlbəttə Türklər! ” Kurqan (Gor-qan)” türklərə aid müqəddəs məzarlara verilən addır. Yəni, Gor evi. Aparılan tədqiqatlar sübut edib ki, ilk pulları Lidiyalılar deyil, türklər bulmuş.
— Muzey eksponatları arasında ən qiymətli və nadir sayılanı fil sümüyündən yonulmuş kiçik quş fiquru yer üzərində aşkar edilmiş qədim svastika naxışıdır və azı 15 000 il yaşı var.
— Ukrayna ərazisində tapılmış svastika – 12 000 il yaşı var.
— Tək simvol şəklində svastika cənub-şərqi Avropada 7 000 il bundan əvvəl Neolitik erada istifadə olunmağa başlayıb.
— Muzey kolleksiyasında 4 000 il bundan əvvələ aid svastika naxışlı saxsı qablar diqqəti çəkir.
— Eramızdan əvvəl 7-ci əsrdə yaşamış qədim yunanlar eksponatlardan göründüyü kimi svastika naxışı ilə qablarını və vazalarını bəzədərlərmiş.
PS: Şəkildə gördüyünüz küp qapağı, Vaza və küp Cəlilabad ərazisindən tapılmış Artefaktlardır. Gümüş monet isə Güney Sibiriyadan kurqandan tapılmış bir nümunədir.

👁 1 baxış
