Qədim Həməşara diyarı: Cəlilabadın dünəni və bu günü – Bilal Alarlı yazır…

Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eramızdan əvvəlki II minilliyə aiddir. Tarixi mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilir. Ərəblərin hücumundan sonra Həməşəra şəhəri dağılıb və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşıb. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astarxanbazar şəhəri əyalətin mərkəzinə çevrilib.

Cəlilabad rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 1967-ci ilədək Astarxanbazar adlanıb. 2 iyun 1967-ci ildən bölgə görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb. 26 may 1964-cü ildə Biləsuvar inzibati ərazi vahidi rayonun tərkibinə qatılıb, 6 yanvar 1965-ci ildə yenidən ayrılaraq müstəqil rayona çevrilib. Respublikanın Cənub-Şərq bölgəsində yerləşən rayon şimaldan Biləsuvar, şərqdən Neftçala, cənub-şərqdən Masallı, cənub-qərbdən Yardımlı rayonları ilə, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir.

Ərazisi 1441,4 kvadrat kilometr, əhalisi 240 mindən çoxdur. Rayonda 2 şəhər, 118 kənd vardır. Mərkəzi Cəlilabad şəhəridir, bölgənin ikinci şəhəri Göytəpə adlanır. Cəlilabad rayonu Kür-Araz ovalığının sərhədində yerləşir. Relyefinə görə rayonun ərazisi düzənlik və alçaq dağlıqdır, şərq hissəəsində bəzi yerlər dəniz səviyyəsindən aşağıdadır. Yayı quraqlıq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimə malikdir. Rayonun qərb hissəsi Burovar dağ silsiləsinə söykənir. Dəniz səviyyəsindən maksimum hündürlük 1000 metrə qədərdir. Rayonun şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay, Həməşəra və başqa müvəqqəti axarlı çaylar keçir. Təbii ehtiyatlardan neftli-qazlı sahə, əhəng, gil, qum və tikinti daşı yataqları mövcuddur. Rayon ərazisində 50-dən çox tarixi-arxeoloji abidə mövcuddur. Burada eneolit dövrünə aid Əliköməktəpə və Mişarçay yaşayış yerləri, 4-cü minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır. Bu bölgə Hasıllı bazarı ilə tanınırdı. Hasıllı bazarına Azərbaycanın digər bölgələrindən alverçilər, tacirlər gələr, öz mallarını satardılar. Sonralar bazar şirvanlı Məşədi Məhəmmədin səyi ilə Astraxankaya köçürüldü. Məşədi Məhəmməd öz bazarından bir az aralıda mal-qara satışı üçün Mal bazarı deyilən bir bazar da saldırmışdı. Beləliklə, bir-birinə yaxın olan iki bazar yarandı, Hasıllı bazarına “Yuxarı bazar”, Məşədi Məhəmmədin bazarına “Aşağı bazar” deyərdilər. Məşədi Məhəmməd alver işlərini yaxşı qurduğundan, yavaş-yavaş Hasıllı bazarı sıradan çıxmağa başladı. Hasıllılarla ruslar arasında baş verən savaşda ruslar Hasıllı kəndini yandırdılar və Hasıllı bazarı büsbütün dağıldı. Astraxankada ruslar yaşayır, onun şərqində isə qədim Həməşəra məhəlləsi yerləşirdi. İyirminci yüzilliyin iyirminci illərində aparılan siyahıyaalmaya görə, Astraxanka ilə Həməşəranın əhalisi milli fərqinə görə ayrı-ayrılıqda qeydə alınmışdır. Cəlilabad rayonunun ən böyük yaşayış məntəqələri Alar, Günəşli, Üçtəpə, Privolnoye, Uzuntəpə kəndləridir.

Müstəqilliyə qədər Göytəpə şəhəri Prişib adlanmış və müstəqillik əldə edildikdən sonra öz tarixi adı bərpa olunmuşdur. Hərbi şəhər olduğu üçün Sovet hakimiyyəti dövründə çoxmillətli sakinləri olub. Prişib həm də tarixi baxımdan maraq doğuran bir yerdir. Çar Rusiyası dövründə və Sovet dönəmində burada müxtəlif dövlət orqanları yerləşir, bütün bölgəyə nəzarət edən hərbi hissələr fəaliyyət göstərirdi. Hazırda Cəlilabad rayonunda 35 bələdiyyə fəaliyyət göstərir. Fəaliyyətdə olan bələdiyyələrin ikisi şəhər ərazisində, qalan otuz üçü isə kənd yaşayış məntəqələrində fəaliyyət göstərir. Yaxın gələcəkdə bələdiyyələrin sayının azaldılması, bunun müqabilində fəaliyyət dairələrinin genişləndirilməsi nəzərdə tutulur. Kəndlərin relyefi də fərqlidir. Dağ relyefli kəndlərdə meşə zolaqları üstünlük təşkli edir. Buna görə də maldarlıq təsərrüfatına daha çox yer verilir. Aran bölgəsində yerləşən kəndlərin təsərrüfat həyatındə taxılçılıq, kartofçuluq, üzümçülük, çiyələk, sarımsaq əsas yer tutur. Bununla yanaşı təsərrüfatlarda tərəvəz, bostan bitkiləri və meyvə də yetişdirilir. Son illərdə üzümçülük sahəsinə diqqət artırılıb. Bölgə pambıq və noxud əkini üçün də yararlıdır. Quşçuluq və heyvandarliq da inkişaf etmişdir, rayonda Günəşli aqropark fəaliyyət göstərir. Rayon iqtisadi cəhətdən özünü təmin edən ən böyük rayonlardan biridir. Cəlilabad rayonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı, Tibb Kolleci, peşə liseyi, peşə məktəbi, məktəbəqədər, məktəbdənkənar tərbiyə müəssisələri, 126 ümumtəhsil məktəbi (ondan 75-i tam orta, 39-u ümumi orta, 12-si ibtidai), 1 Təhsil İşçiləri Evi, 94 kitabxana, 19 mədəniyyət evi, 24 klub, 1 uşaq incəsənət, 1 musiqi məktəbi, Heydər Əliyev mərkəzi, tarix-diyarşünaslıq muzeyi, şəkil qalereyası, mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Rayonda 147 idman qurğusu, o cümlədən 112 sadə idman qurğusu, 1 Olimpiya İdman Kompleksi var. Əhaliyə  şəhər və kənd sahə xəstəxanaları, tibb məntəqələri, Təcili Tibbi Yardım Stansiyası, Müalicə-Diaqnostika Mərkəzi fəaliyyət göstərir. Rayonda Tibb ərazi bölmələrinin regionlararası regional mərkəzi xəstəxanası vardır. İcbari tibbi sığortanın Cəlilabad regional filialı fəaliyyət göstərir. Cəlilabad həm də şəsiyyətləri ilə tanınır. Bölgə çoxlu sayda alimlər, şairlər, yazıçılar, xalq artistləri, əməkdar artistlər, idmançılar, hərbçilər, ictimai-siyasi xadimlər yetirmişdir.

Cəlilabadın şair və yazıçılarının Azərbaycan ədəbi mühitində xüsusi çəkisi vardır. Hətta tənqidçi Vaqif Yusifli Cəlilabadı Azərbaycan poeziyasının paytaxtı adlandırmışdır. Cəlilabad ədəbi mühiti Seyid Miryusif ağa, Abbasağa Azərtürk, Mirzəli Hüseynzadə, Xeyrulla Əliyev, Ayaz Vəfalı, Misir Alarlı, Əhməd İspər, Böyükxan Bağırlı, Böyüş Yaquboğlu, Adil Ağazadə, Sabir Mustafayev, Yavər Sultanov, Mirkamil Mirxəliloğlu, Vəliyulla Novruz, İlham Əsgərov, Fərzulla Ocaqlı, Zakir Sadatlı, Əfrahim Hüseynli, Aydın Hüseynov, Rövşən Novruzoğlu, İslam Əsgəroğlu, Gülbala Teymur, Valeh Mirzə, Qardaşxan Əzizxanlı, Camal Zeynaloğlu, Şirinəli Göytəpəli, Əlizadə Sərdaroğlu, Saday Şəkərli, Rafiq Yusifoğlu, İbrahim Quliyev, Meyxoş Abdullah, Ədalət Salman, Əlizadə Nuri, Əlirza Həsrət, Faiq Balabəyli, Salam Sarvan, Faiq Hüseynbəyli, Ələddin Əzimli, Gülşən Şahmuradlı, Zaur Sahil, Mikayıl İnçəçaylı, Əli Niyaz Müslümoğlu, Əfrahim Abbas, Reyhan Kənan, Mirzəbala Mübariz, Ədalət Eşqin, Mehman Göytəpəli, Tahir Mişarçaylı, Elnur Qoca Türk, Ağaevli Əli Hacı, Sabir Zəkullaoğlu, Almas Yanarqəlb, Mirhəbib Sadiq, Əlövsət Abbas Alarlı, Şöhrət Namazova, Ruhiyyə Abbaszadə, Sevil Gül Nur, Elnur Nəhmət, Tapdıq Hasıllı, Zeynəb Alıhüseynqızı, Adil Zeynallı, Sevinc Şirvanlı, Əliyusif Məmmədzadə, Tarıverdi Məmmədov, Adil Turablı, Cəbrayıl Həşimov, Elnur Nəhmət və digər yazarları yetirmişdir.

Bir 1 nəfər şəkili ola bilər

Cəlilabadda müxtəlif vaxtlarda “Cəlilabad töhfələri” və “Nöqtələr” adlı ədəbi birlikləri fəaliyyət göstərmişdir. “Nöqtələr” fəaliyyət göstərdiyi müddətdə səkkiz toplu nəşr olunmuş, burada ədəbi birliyin üzvlərindən Böyükxan Bağırlı, Misir Alarlı, Şakir Xanhüseynli, Faiq Hüseynbəyli, Hacıbala Əmir, Dövlət Quliyev, Veysəl Seyfullayev, Əlizadə Sərdaroğlu, Xaləddin Baxış, Kərbəlayı Misir Rəsulov, Mehman Quliyev, Akif Əzimov, Əhməd Mirzə (Güləhməd Mirzəyev), Ələddin Əzimov, Hüseyn Saleh, Faiq Hüseynbəyli, Hacı İlham Əsgərov, Əlövsət Abbas Alarlı və başqalarının yazıları işıq üzü görmüşdür. Cəlilabad yazarlarının şeir və hekayələrindən ibarət bir neçə toplu çap olunmuşdur. Bölgənin ədəbi yenilikləri əsasən “Yeni gün” və “Münasibət” qəzetlərinin səhifələrində özünə yer almışdır. “Sözün işığı”, “Region səs” və “Həqiqətlə üz-üzə” qəzetləri bu ənənəni davam etdirmişdir. Cəlilabad  incəsənətimizə Rafiq Babayev, Teymur Mustafayev, Sabir Mirzəyev, Yusif Mustafayev, Nurəddin Mehdixanlı, Qabil Mehdixanlı, Ağadadaş Ağayev, Şahlar Quliyev, Şövqi Hüseynov, Sabir Əliyev kimi əməkdar  və xalq artistləri, Əflatun Qubadov, Qədir Qızılsəs kimi müğənnilər bəxş etmişdir. Cəlilabad həm də öz alimləri ilə fəxr edir. Bölgə 50-dən çox elmlər doktoru yetirmişdir. Kamal Abdullayev, Ədalət Abıyev, Minəxanım Nuriyeva, Xeyrulla Əliyev, Bəyiş Ağayev, Ayaz Cəfərov, Sərxan Şahmarov, Sakit Hüseynov, Elman Nəsirov, Şahin Bağırov, Cavanşir Həsənov, Tahir Eyniyev, Mirhəşim Cabbarov, Bəşir Quliyev, Mirələm Həsənli, Rafiq Quliyev, Sabir Həsənov, Əzizağa İmanov, Rüstəm Bağırov, Qıllıncxan Bayramov, Ərəstun Həsənov, Fazil Quliyev və başqa elmlər doktorları öz elmi araşdırmalarını Milli Elmlər Akademiyasında və ali təhsil müəssisələrində aparmışlar. Elm aləmində fəaliyyət göstərən 100-dən çox fəlsəfə doktoru Cəlilabadı ləyaqətlə təmsil edir. Elçin Abbasov, Akif Əhmədov, Könül Kərimova, Bilal Əliyev, Eldar Muradov, Əzizağa Ələkbərov, Xudayar Sultanlı, Əcəm Nağdıyev, Müşfiq Ələsgərov, Mövlud Hüseynov, İlqar İsmayılzadə, Səidə Quliyeva, Mail Yaqub, Həmid Məmmədov, Yaşar Məstəliyev və başqaları müxtəlif elm sahələri üzrə uğurlu tədqiqatlar aparmışlar. Bölgənin iqtisadi imkanları, tarixi, folkloru, etnoqrafiyası, dioalektologiyası da öyrənilir. Bu sahədə yerli tədqiqatçıların gördüyü işlər daha çoxdur. Belə araşdırmaların ən bariz nümunəsi kimi mərhum tarixçi Rəşid Əsgərovun kitablarını və məqalələrini xüsusi qeyd etməyə dəyər. Bölgənin dialektoloji imkanlarının və toponimlərinin öyrənilməsi sahəsində Mahmudağa Qasımov əvəzsiz işlər görmuşdür. Abbasağa Azərtürk bu bölgəyə “Cəlilabad dastanı” adlı tarixi-etnoqrafik poema həsr etmişdir.

Cəlilabad haqqında mahnılar yaranmış və bu mahnıları tanınmış müğənnilər ifa etmişlər. “Cəlilabad” adlı ilk mahnının sözlərini İsgəndər Coşqun yazmış, musiqisini Oqtay Kazımov bəstələmişdir. Mahnını xalq artistləri Teymur Mustafayev, Zeynəb Xanlarova, əməkdar artist Əflatun Qubadov və başqaları ifa etmişlər: Qızıl saçlı payızın, Yaşıl donlu yayın var. Bir-birindən uğurlu Illərin var, ayın var. Bu zəfərlər içində Sənin də öz payın var. Qolum-qanadım, Arzum, muradım, Ey mənim abad Cəlilabadım. Əflatun Qubadovun oxuduğu digər mahnı da bölgənin uğurlarını dilə gətirir: Yurdum abaddı, abad, Cəlilabad, Cəlilabad. Aləmə məşhur bu ad – Cəlilabad, Cəlilabad. Hər tərəfi gül-çiçək, Zəmiləri ləçək-ləçək. Torpağının neməti Dəyərlidir qızıl tək. Cəlilabad həm də torpaqlarımızın azadlığı uğrunda fədakarlıqla vuruşmuş Eldar Həsənov, Arif Qubadov, Vüqar Mürsəlov, Səfa Axundov, Faiq Cəfərov, Tahir Bağırov kimi Milli Qəhrəmanlarıyla fəxr edir. Qarabağ uğrunda savaşlarda digər bölgələrə nisbətən daha çox şəhid verən Cəlilabad rayonunun qaziləri və Vətən Müharibəsi iştirakçıları da saya gəlmir. Demək olar, hər kənd şəhid verib və öz şəhid övladlarının şöhrətiylə qürur duyur. Cəlilabad şəhidləri haqqında kitablar nəşr olunmuş, onların şərəfinə rayonun ən urvatlı yerində Xiyaban salınmış, xatirə lövhələri ucaldılmışdır.

Bilal ALARLI (Hüseynov), filologiya üzrə fəlsəfə doktoru.

(Yazı “Həqiqətlə üz-üzə” qəzetini təsisçisi və baş redaktoru Elbəyi Salmanovun təklifi ilə hazırlanıb və qəzetin 2024-cü il 24 oktyabr sayında dərc olunub).

pusulabetdeneme bonusu veren siteleristanbul escortbelugabahiscasibomcasibomonwin girişonwinCasibom779betcio girişmarsbahisistanbul escort bayanbets10 girişbetplay girişjojobetmatadorbetPusulabetPusulabetPusulabetsekabet güncel girişbetistasyabahisjojobet girişİzmit escortcasibom yeniTekirdağ escortGrandpashabetGrandpashabetSpincofixbetPusulabetPusulabetdeneme bonusu veren siteleristanbul escorttipobet güncel girişcasibom girişCasibomJojobetbakırköy escortAtaşehir EscortJojobet güncelcasibom giriş güncelmarsbahissahabet girişmatbet güncel girişmarsbahismarsbahismarsbahis girişstarzbet girişmarsbahisultrabetultrabetcasibomcasibom girişimajbet güncel girişOnwin Güncel Girişhiltonbetcasibommaltcasinomarsbahis güncel girişcasibom girişjojobet girişjojobet girişmarsbahis güncel girişgrandpashabet güncel girişcasibom girişcasibom girişsekabet güncel girişpusulabetcoinbartipobet güncel girişcasibom güncel girişcasibommrcasinoÇerkezköy Escortsekabetholiganbetmobilbahiscasibomsahabet güncel girişonwin güncel girişbets10Vaycasinojojobetmeritkingankara escortcasibom güncel girişcasibombetwoonpiabellacasinomatadorbetsahabetonwinsekabetonwinjojobetmatbetÇerkezköy EscortMeritkingBetkanyoncasibommatbet güncel girişbetwoonbetwoonextrabetGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasino güncel girişmeritkingsahipleniyorumimajbetzbahisholiganbet girişcasibom güncel girişBets10grandpashaonwinonwinBayraklı Escortonwin girisilergrandpashabetbetturkeystarzbetKralbetcasibomcasibom girişcasibom güncel giriş