Tələbə arvadını və körpəsini öldürən şəxsə hökm oxundu – FOTO

XƏBƏR XƏTTİ
Şəhid qardaşı şəhid bacısı ilə evləndi – FOTOLAR•Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi – FOTOLAR•23 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu•Gəncədə vəzifəli şəxs işdən azad edildi•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Şəhid qardaşı şəhid bacısı ilə evləndi – FOTOLAR•Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi – FOTOLAR•23 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu•Gəncədə vəzifəli şəxs işdən azad edildi•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•

Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə başa çatıb.

Məcra.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Hökmə əsasən, Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı Samir Məmmədov çıxış edərək Fərid Hüseynlinin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub (APA).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt