Bakı-Quba yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölən ikinci şəxsin kimliyi məlum olub.
Redaktor.az xəbər verir ki, ölən qadın 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadədir.
Xatırladaq ki, Yaşma qəsəbəsində “BMW X5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və 1992-ci il təvvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə ölüb.
Qəza nəticəsində 2 nəfərin də yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbi araşdırılır.
***
00:26
Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri də Sumqayıt şəhər xəstəxanasında ölüb.
APA xəbər verir ki, qəzaya uğrayan avtomobilin sürücü 1975-ci il təvəllüdlü Salamov Rövşən Abdulla oğlu isə, hadisə yerində ölmüşdü.
Əlavə məlumat veriləcək.
***
23:46
Bakı-Quba yolunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə yolun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İdarəetmədən çıxan “BMW X5” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb (şəxsiyyəti dəqiqləşdirilir), 3 nəfər isə yaralanıb.
Hadisənin səbəbi araşdırılır.