“Bir qayğısız qızla biz bir vaxt qoşa gəzərdik…”-Yevgeni Vinokurovun şeirləri…

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

1925-1993)

***

 

Qadınımdır,

xeyr, adaxlım deyil,

qadınımdır mənim.

Qalxır obaşdan.

Təlaşdan özünə yer tapa bilmir

mən işdən azacıq gec dönən zaman…

 

…Bir qayğısız qızla biz

bir vaxt qoşa gəzərdik,

dolaşardıq çölləri,

çay boyunca üzərdik…

 

Nə danım? –

beş ildi gecə sübhəcən

qolumun üstdəcə yatır qadınım.

 

Qadınımdır,

xeyr, sevgilim deyil,

qadınımdır mənim.

Susqun dodaqları düymələnibdir.

Qapqara bir kədər aypara kimi

gözlərinin altda həlqələnibdir.

 

…Bir qayğısız qızla biz

ömrün bahar çağında,

Gəzərdik gecə yarı 

solğun ay işığında…

 

Mənim qadınımı

o qızla heç zaman qarışdırma sən –

o qızı bilmirəm, tanımıram mən.

 

 

***

 

Qadın gedən zaman söylə ki:

“Getmə!”

Və çalış bir təhər dilə tutasan.

Əlini ürəklə çiyninə qoy sən –

Bəlkə, acığını unutdurasan.

 

Qadın gedən zaman:

“Yalvarıram, qal!

Axı, hara?! – söylə, – hara, əzizim?!”

Bir anlıq gözünün içinə baxıb:

“Sevmirəm!” deyəcək.

Buna nə sözün?

 

Qadın gedən zaman gecikmə ancaq,

qapıdan çıxmamış qarşısına keç –

amma başını da qaldırmayacaq,

amma üzünə də baxmayacaq heç!

 

Elə ki o getdi geri baxmadan,

elə ki o getdi… daha nə gərək

həsrətlə, təlaşla baxıb arxadan:

“Qayıt, yalvarıram, qayıt” söyləmək…

 

Çevirəni Mahir N.Qarayev

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt