Sabirabadda kişi keçmiş arvadının evinə “lom”la hücum etdi – Kamera görüntüsü

XƏBƏR XƏTTİ
Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı paylaşım•Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı paylaşım•Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•

Sabirabad kişi keçmiş həyat yoldaşının yaşadığı evə hücum edib.

Məcra.az Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər müşahidə kamerasına düşüb.

Belə ki, rayon sakini, Miri Əliyev iddia edir ki, keçmiş kürəkəni, Kürdəmir rayonunun Mehdili kənd sakini, Daşqın Mehdiyev sərxoş halda onların yaşadığı evə hücum edib. Evin qarşısında dayanan, onlara məxsus minik avtomobilini dəmir linglə yarasız hala salıb.

İnsidentin qarşısını almaq istəyən zaman Daşqın Mehdiyev keçmiş qaynı Miri Əliyevə və keçmiş həyat yoldaşı 35 yaşlı Günel Mehdiyevaya xəsarətlər yetirib.

İddiaya görə, onlar arasında yaşanan gərginlik aliment məsələsinə görə olub. Polisə məlumat veriləndən sonra əməli törədən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Mehdiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt