Xəbər verdiyimiz kimi İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.
Məcra.az xəbər verir ki, tərcüməçi Azərbaycanda yaşayan 40 nəfər şair və yazıçının əsərlərini İranda çap etmək və tanıtdırmaq niyyətində olduğunu bildirib. İndiyə kimi 12 şairin şeirlər toplusunu İranda çap etdirib.
Qırx rəqəminin isə onun üçün müqəddəs rəqəm olduğunu deyib. Çünki Cənubi Azərbaycanda qırx milyon azərbaycanlı yaşadığı üçün o, bu cür simvolik rəqəm seçib.
Əli Aslani indiyə kimi Xalq şairi Nəriman Həsənzadənin “Təbriz”, Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq”, Nigar Rəfibəylinin “Bir gün səni görməyəndə”, Əli Tudənin “Mən nə gətirdim”, Afaq Məsudun “Sərçələr”, Əhməd Cavadın “Sevgi candan ayrılmaz, Abbas Səhhətin seçilmiş şeirləri, Səddam Laçının “Xəncər kirpikli qız”, Fərqanə Səfərlinin “Mənim ümidlərim”, Nigar Arifin “Xatirələr otağı”, Ülviyyə Qəhrəmanın “Bir qadın şeir yazır”, Nuranə Rafaelqızının “Mənə bir az nağıl danış”, Zaur Ustacın “Yulğun çiçəyi”, “Leyla Mətinin “Ömrə sığmayan arzular”, kitablarını çap edib.
Vasif Əlihüseyn