Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin əxsi təəbbüsüdür.. Qardaş Türkiyədə baş vermiş son zəlzələlər zamanı məhz Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olub. Bu Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürüdür. Zirvə görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını bildirib. Həmçinin dövlət başçısı qeyd edib ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Rəcəb TayyibƏrdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir;
Dövlət başçısımız bu bəyanatlarının davamı olaraq bildirib ki, türk dövlətlərinin daha da yaxınlaşması, ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha dərinləşməsi istiqamətində Azərbaycan tərəfindən real addımlar atılır. Bu proses sözdə deyil, əməldə həyata keçirilir.
Görüşdə Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan da bu kimi amilləri önə sürməklə həmin məqamları xüsusilə vurğuladı və artıq qarşıda növbəti inkişaf, tərəqqi mərhələləri dayanmaqdadır. Belə ki, qardaş ölkənin rəhbəri TDT-nin əhəmiyyətinin hər anda özünü ən yüksək cəhətdən nümayiş etdirdiyini vurğulayıb və xüsusilə əldə edilən uğurlarda cənab İlham Əliyevin fəaliyyətini ayrıca olaraq dəyərləndirib:
Təbii ki, əldə edilən uğurların hər birinin təməlində Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi əməyi vardır. Qəbul edilmiş Bəyannamədə göstərildiyi kimi, TDT artıq beynəlxalq aləmdə öz sözünü deyən və nüfuzu olan nəhəng bir birliyə çevrilib. Bu gün vacib olan məqam ondan ibarətdir ki, türkdilli qrupa daxil olan dövlətlər dünya birliyində birgə hərəkət etməyə üstünlük verdiklərini əməli şəkildə nümayiş etdirirlər.
Seyfulla Seyfullayev,
Cəlilabad rayon Abışabad kənd tam orta məktəbinin direktoru,