Münxen Konfransında Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü təkliflər regional dünya birliyi üçün faydalı olacaq. Üç Cənubi Qafqaz ölkəsinin rəhbərlərinin bir araya gələrək vahid platforma üzərindən birgə fəaliyyət proqramı hamılıqla qəbul edilir. Yanvar ayında Davosda Azərbaycan və Gürcüstan rəhbərləri bir araya gələrək regiona dair dinamik, müsbət addımları müzakirə etdilər, Ermənistan isə bu görüşdə iştirakdan boyun qaçırdı. Məqsəd bu idi ki, bəzi Qərb dairələri Azərbaycanı qərəzli qınaq obyektindən çıxarmalı və mənzərəyə bir daha baxmalıdırlar ki, kim sülh yaradır, kim isə mane olur.
İlk olaraq qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanan bəyənatda tərəflərin öhdəlikləri öz əksini tapdı. Lakin buna baxmayaraq, Ermənistan bəyənatdan irəli gələn müddəaları yerinə yetirmək əvəzinə regionda gərginliyin yarnmasına rəvac verən addımlar atmağa başladı. Azərbaycan Prezidenti İlham Əliyevin sərt reaksiyası, həmçinin haqlı təzyiqi nəticəsində Ermənistan konstruktiv danışıqlar masasına yenidən oturduldu. Təbii ki, çıxılmaz vəziyyətdə qalan Ermənistanın manupilyasiya edərək məkrli planlarını həyata keçirmək üçün heç bir şansı qalmadı.
Biz ədalətli müharibə aparmışıq. Ərazi bütövlüyünü və ədaləti bərpa etmək, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Torpağımızın işğalı, bir milyon azərbaycanlını evindən didərgin salması, 67 məsciddən 65-nin dağıtması və onları təhqir etməsi – bütün bunlar bədnam qonşularımız tərəfindən edilib.
İndi biz yalnız sülh istəyirik, Avrasiya məkanında sülhün bərqərar olmasını istəyirik. Çünki Azərbaycan xalqı müharibənin nə olduğunu bilir, onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik.
Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin üzərində işlər aparılır. Bölgədə qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Azərbaycanda yeni nəsil yetişib. Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişib. Hər kəs, gələcək nəsillərin hər bir nümayəndəsi həqiqəti bilməlidir. Bunu nəzərə almaq olduqca vacibdir.
Əlizamin Əzizov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi