Siyəzəndə AĞIR QƏZA: 3 nəfər öldü – YENİLƏNİB

XƏBƏR XƏTTİ
Cəlilabadda yeni yaşayış məskəni aşkar edildi – FOTOLAR•İcra başçısı Vətən müharibəsi qazisini ziyarət etdi – FOTOLAR•Yeni başçı kollektivə təqdim olundu•30 sentyabrda bizi nələr gözləyir? — ULDUZ FALI•Şeyx Əbdül xəstəxanaya yerləşdirildi•Oktyabrda hava necə olacaq?•Bakıda qadın öldürüldü – Əri saxlanıldı•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Cəlilabadda yeni yaşayış məskəni aşkar edildi – FOTOLAR•İcra başçısı Vətən müharibəsi qazisini ziyarət etdi – FOTOLAR•Yeni başçı kollektivə təqdim olundu•30 sentyabrda bizi nələr gözləyir? — ULDUZ FALI•Şeyx Əbdül xəstəxanaya yerləşdirildi•Oktyabrda hava necə olacaq?•Bakıda qadın öldürüldü – Əri saxlanıldı•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•

Baş Dövlət Yol Polisi İdarəsi Siyəzəndə baş verən ağır qəzaya münasibət bildirib.

İdarədən Lent.az-a verilən xəbərə görə, hadisə bu gün  saat 15:20-də rayonun H.Əliyev küçəsində qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 31 yaşlı Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sürücü N.Məmmədov xəsarət alıb, avtomobildə olan 3 nəfər şərnişin isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***
Saat: 15:21

Bu gün Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt