Cümə, Fevral 27, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Siyasət

Xocalı faciəsi yaddaşlardan heç zaman silinməyəcək - Millət vəkili

24 Fevral, 26 / 11:54
A A
“İki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsi olan Xocalı faciəsindən 34 il keçir. Zaman hadisələrin düzgün dəyərləndirilməsində, təhlilində zəngin mənbədir. Xocalı faciəsi yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63-ü  uşaq, 106-sı  qadın, 70-i isə  ahıl idi.  8 ailə tamamilə məhv edilib. 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq öldürülüb. 27 ailənin yalnız 1 üzvü qalıb. 25 uşaq hər iki valideynini, 130 uşaq isə  valideynlərindən birini itirib. 487 insan şikəst olub. 1275 insan əsir götürülüb. 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. Bu cinayət aktı beynəlxalq aləmdə öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildi: “1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Sərəncamı  ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan  ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Onu da qeyd edək ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstanın, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. 2012-ci ildə Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının  Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında isə Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur”.

Malik Həsənov vurğulayıb ki, bu gün Xocalı şəhidlərinin ruhları şaddır: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı, eləcə də bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. 30 ilin işğalına, torpaq həsrətimizə son qoyuldu. 2023-cü ilin 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaltdı.  Prezident İlham Əliyev 2024-cü ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi” söylərək onu da əlavə etmişdir ki, bunlar tarixi anlardır. Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik. Hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi”.

Millət vəkili bildirib ki, tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Böyük Qayıdış Proqramı uğurla icra edilir: “Digər azad edilmiş ərazilərimiz kimi, Xocalı şəhəri, həmçinin kəndlər yenidən qurulur, bərpa edilir. Xocalı şəhəri çox qısa zamanda, 8 ay ərzində sakinlərinə qovuşdu. 2024-cü ilin 28 May-Müstəqillik Günündə Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazıldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva  Xocalı şəhərinə köçən ilk sakinlərlə görüşdülər. Sakinlərlə söhbət zamanı dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, bu gün bax, burada – Xocalıda, – cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, – görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl – fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır. Cənab İlham Əliyevin  ötən dövr ərzində Xocalıya 11 səfəri olub. Hər bir səfər zamanı mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilib. Bərpa-quruculuq işlərinin miqyası Böyük Qayıdışın davamlılığında özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev  ötən il sentyanrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü. Bu görüş də tariximizin qürurverici səhifələrindən oldu. Belə ki, dövlətimizin başçısı İlham Əliyev görüşdə bir daha bildirdi ki, əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Ən önəmlisi isə siz və sizin davamçılarınız  doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq”.

Malik Həsənov vurğulayıb ki, Xocalı şəhəri və kəndlərinin məskunlaşması davam edir: “2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə cəmi 881 ailə, 3602 nəfər köçürülüb. Təbii ki, bu, son rəqəm deyil. Bərpa-quruculuq işləri geniş miqyası ilə diqqətdədir. Bircə faktı qeyd etmək kifayətdir ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilin sonunadək 8 şəhərin sakinlərinə qovuşması hədəflənmişdir. Artıq cari ilin əvvəlində bu hədəf reallığa çevrildi. Belə ki, Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Xocalı, Ağdam  şəhərlərinin sırasına bu ilin 21 yanvar tarixində Xankəndi şəhəri də yazıldı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır”.

Əvvəlki yazı

25-dən 26-na keçməyən gecə - yaddaşlarda yaşayan faciə

Növbəti yazı

Zelenski iki il qaldığı bunkerinin görüntülərini ilk dəfə paylaşdı - VİDEO

XƏBƏR LENTİ

Cəlilabad sakinini Bakıda maşın vurub öldürdü

Cəlilabad sakinini Bakıda maşın vurub öldürdü

Fevral 27, 2026
Səkkizinci günün duası - İmsak və iftar vaxtı

Doqquzuncu günün duası - İmsak və iftar vaxtı

Fevral 26, 2026
"25-dən 26-na keçməyən gecə" təqdim olundu - FOTOLAR

"25-dən 26-na keçməyən gecə" təqdim olundu - FOTOLAR

Fevral 26, 2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi - FOTOLAR

İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi - FOTOLAR

Fevral 26, 2026
Cəlilabadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTOLAR

Cəlilabadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTOLAR

Fevral 26, 2026
Yağıntılar bu vaxta qədər davam edəcək

Sabah yağış yağacaq

Fevral 26, 2026
Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Fevral 26, 2026
Vasif Əlihüseynin şeirləri - Vaqif Yusifli yazır...

Vasif Əlihüseynin şeirləri - Vaqif Yusifli yazır...

Fevral 26, 2026
"Qardaşım qucağında körpəsi ilə şəhid oldu" - 11 doğmasını itirən Xocalı sakini

"Qardaşım qucağında körpəsi ilə şəhid oldu" - 11 doğmasını itirən Xocalı sakini

Fevral 26, 2026
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - FOTO

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - FOTO

Fevral 26, 2026
Xocalı soyqırımından 34 il keçir

Xocalı soyqırımından 34 il keçir

Fevral 26, 2026
"And içirik, Tanrı canı..." - Xocalı 34

"And içirik, Tanrı canı..." - Xocalı 34

Fevral 26, 2026
"Dadına baxın, təndir çörəyidir" - İlham Əliyev

"Dadına baxın, təndir çörəyidir" - İlham Əliyev

Fevral 25, 2026
Səkkizinci günün duası - İmsak və iftar vaxtı

Səkkizinci günün duası - İmsak və iftar vaxtı

Fevral 25, 2026
Prezident ailəsi ilə onlara qonaq getdi - FOTOLAR

Prezident ailəsi ilə onlara qonaq getdi - FOTOLAR

Fevral 25, 2026
İcra başçısı Kazımabad kəndində sakinlərlə görüşdü - FOTOLAR

İcra başçısı Kazımabad kəndində sakinlərlə görüşdü - FOTOLAR

Fevral 25, 2026
Azərbaycanda icra hakimiyyətinin 30-a yaxın əməkdaşı işdən çıxarıldı

Azərbaycanda icra hakimiyyətinin 30-a yaxın əməkdaşı işdən çıxarıldı

Fevral 25, 2026
Şeyxin oğlu vəzifəsindən azad edildi

Şeyxin oğlu vəzifəsindən azad edildi

Fevral 25, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Sosial ödənişlərin verilməsi bu tarixdə yekunlaşacaq

Fevral 25, 2026
Yağıntılar bu vaxta qədər davam edəcək

Sabah hava necə keçəcək?

Fevral 25, 2026
Prezident Lənkərana getdi - FOTOLAR

Prezident Lənkərana getdi - FOTOLAR

Fevral 25, 2026
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Fevral 25, 2026
Prezidentdən Küveyt Əmrinə təbrik

Prezidentdən Küveyt Əmrinə təbrik

Fevral 25, 2026
Sabah Bakıda bu yollar bağlanacaq

Sabah Bakıda bu yollar bağlanacaq

Fevral 25, 2026
52 yaşlı vəzifəli şəxs vəfat etdi - FOTO

52 yaşlı vəzifəli şəxs vəfat etdi - FOTO

Fevral 25, 2026
25-dən 26-na keçməyən gecə - yaddaşlarda yaşayan faciə

"25-dən 26-na keçməyən gecə" təqdim olunacaq

Fevral 24, 2026
İcraçı Möhbalıyevin restoranının pullarını kazinoda uduzdu

İcraçı Möhbalıyevin restoranının pullarını kazinoda uduzdu

Fevral 24, 2026
Ramazan ayı bu tarixdə başlayır - İlk günün imsak və iftar vaxtı

Yedinci günün duası - İmsak və iftar vaxtı

Fevral 24, 2026
İcra başçısı bu kəndə yollanıb sakinlərin problemini dinlədi - FOTOLAR

İcra başçısı bu kəndə yollanıb sakinlərin problemini dinlədi - FOTOLAR

Fevral 24, 2026
Cəlilabadda 26 yaşlı qadın itkin düşdü - FOTO

Cəlilabadda 26 yaşlı qadın itkin düşdü - FOTO

Fevral 24, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.