Bu ildən ünvanlı sosial yardımlar artırılacaq

XƏBƏR XƏTTİ
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Azərbaycanda Dövlət Bayrağı Günüdür•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Azərbaycanda Dövlət Bayrağı Günüdür•

2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub ki, bu artımla ünvanlı yardımların da məbləği artacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ailənin orta aylıq gəliri ailə üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur.

Ümumilikdə ünvanlı sosial yardımlarının bir ailəyə düşən orta aylıq məbləğinin 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu il 36 faiz artaraq təxminən 535 manat olacağı gözlənilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt