Vətən müharibəsi mövzusunda “İlin ən yaxşı nəsr əsəri” müsabiqəsinə start verildi

XƏBƏR XƏTTİ
Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•
Dastanoğlu Fondunun dəstəyi ilə Yusif Səmədoğlu adına “İlin ən yaxşı nəsr əsəri” müsabiqəsinə start verilib.
Bu haqda Məcra.az-a ədəbi tənqidçi Əsəd Cahangir məlumat verib. Ə.Cahangir müsabiqəylə bağlı şərtləri də açıqlayıb:
“Dastanoğlu Fondunun dəstəyi ilə Yusif Səmədoğlu adına “İlin ən yaxşı nəsr əsəri” müsabiqəsinə start verilib. Müsabiqəyə qatılmaq istəyənlərin nəzərinə: İkinci Qarabağ müharibəsi mövzusunda yazılmış əsərinizin elektron versiyasını (roman, povest, hekayə) bu ünvana göndərin: asadcahangir@mail.ru Hər kəs yarışmada yalnız bir əsərlə təmsil oluna bilər. Müsabiqənin şərtlərinə görə, əsərin nəşr olunub olunmamsı önəm daşımır. Müsabiqədə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. Materialın altında əlaqə telefonunuzu yazmağı unutmayın. Materialların qəbulu 2023-cü il yanvarın 25-nə qədər davam edəcək. Yarışmaya gönədərilən əsərlər öncə jüri üzvləri tərəfindən 10-luq bal sistemi üzrə qiymətləndiriləcək, hər janr üzrə 3 ən yaxşı əsər (3 roman, 3 povest, 3 hekayə) seçilərək gizli ekspertlərə təqdim olunacaq. Ekspertlər bu üçlük arasından qallibləri müəyyən edəcək. Ən yaxşı romanın müəllifi – 3000 manat Ən yaxşı povestin müəllifi – 1500 manat Ən yaxşı hekayənin müəllifi – 500 manat Mükafatlandırma törəninin Novruz bayramı ərəfəsində keçirilməsi nəzərdə tutulub. Bütün iştirakçılara uğurlar arzu edirik!”-deyə o, bildirib.
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt