Kür çayındakı son vəziyyət AÇIQLANDI – FOTO

XƏBƏR XƏTTİ
Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Azərbaycanda Dövlət Bayrağı Günüdür•“Birdir bizim hər halımız…” – VİDEO•

Ötən ilin hazırkı dövrü ilə müqayisədə bu il ölkə ərazisindəki çaylarda sululuğun bir qədər yüksək olduğu müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, hazırda Kür çayının Gürcüstanla sərhəd hissəsində, Qıraqkəsəmən məntəqəsində su nəqli saniyədə 156 kubmetrə bərabərdir və bu, ongünlük normaya yaxındır. Bu il məntəqədə sululuq ötən illə müqayisədə 30 faiz çoxdur.

Xidmət rəsmisinin sözlərinə görə, yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb, bu da son illər sululuğu azalan Kür çayında yaranan bəzi problemlərin həllinə müsbət təsir göstərib.

“Kür çayı üzərindəki anbarlarda ötən illərlə müqayisədə su ehtiyatları artıb, bu da nəticə etibarı ilə Kürdə suyun səviyyəsinin daha yaxşı idarə olunmasına və Neftçala rayonunda, çayın Xəzərə tökülən hissəsində suyun tərkibinin duzluluq səviyyəsinin normallaşmasına səbəb olub”, – deyə o bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt