Azərbaycan xalqına başçılıq edən Prezident İlham Əliyev sürətlə dəyişən dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Dünya bu gün iqtisadi inkişafın Azərbaycan modeli ilə maraqlanır. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin – Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir.
Bu gün Azərbaycan xalqı haqlı qürur hissi keçirir ki, onun Prezidenti dünyanın hər yerində öz ölkəsinə, doğma xalqına böyük hörmət və nüfuz qazandırır, Vətənimiz uğur dalınca uğura qovuşur. Dövlət başçısı doğma xalqının, el-obasının qayğıları ilə yaşayır. Qurucu Prezident gecə-gündüz xalq içərisindədir, bütün bölgələrində quruculuq-abadlıq işlərinə şəxsən özü rəhbərlik edir. O, demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi.
Qarabağın bərpası və Böyük Qayıdış strategiyası Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyindən xəbər verir.
Əziz və dəyərli Prezident! Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Sizə və dəyərli ailənizə cansağlığı və xoşbəxtlik arzulayıram.
Elnur Azadxanov,
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası
Publik Hüquqi Şəxsin direktoru