Dekabrın 14-də keçirilmiş Azərbaycan-Türkiyə-Türkmənistan Birinci Zirvə görüşü ölkələrimiz arasında mövcud olan çoxşaxəli münasibətləri tamamlayan, ortaq maraq və fayda əsasında baş tutub. Birinci Zirvə görüşünün yekun sənədləri ticari, iqtisadi, gömrük, nəqliyyat və digər sahələrdə üçtərəfli istiqamətdə atılan əməli addımların məcmuyunu təşkil edir.
Yeri gəlmişkən qeyd edək ki, birgə iştirak etdiyimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlığımız uğurla davam etdirilir. 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilmiş 9-cü Zirvə Görüşü zamanı dövlət başçıları tərəfindən qəbul olunan qərarlar birgə səylərin möhkəmləndirilməsinə öz töhfəsini verib.
Bölgənin yeni inkişaf dövrü başlayıbçox mühüm hadisədən sonra start götürüb. 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.
Vətən müharibəsində qazanılmış böyük zəfərin nəticəsi olaraq noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə idi: Çünki bu maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaradır. Eyni zamanda, bu, Çindən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Prezident qeyd edib ki, .Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də bütövlükdə türk dünyasında yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizinin gücləndirilməsinə də töhfə verəcək. Ümumiyyətlə, Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin gətirəcəyi rahatlığın və zənginliyin tərifini vermək mümkün deyil. Üçtərəfli formatda Zirvə Görüşünün yekunları isə məmnunluq doğurur.
Azər İbişov,
Cəlilabad rayon Gənclər və İdman
İdarəsinin aparıcı məsləhətçisi