Ümumxalq məhəbbəti qazanmış lider

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Məcra.az  xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı YAP rayon təşkilatı ilə birlikdə Ulu öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar tədbir keçirib. Rayon Veteranlar evində təşkil olunan tədbirdə Əmək və Müharibə veteranları, YAP fəalları, yaradıcı ziyalılar  və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri, YAP-ın üzvü Ədalət Salman açaraq ümumxalq məhəbbəti qazanmış siyasi lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, müstəqilliyimizin qazanılmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində onun göstərdiyi xidmətlərini xüsusi vurğulayıb.

YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayon Ağsaqqallar şurasının sədri Ədalət  Əsgərov,  Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, “Qarabağ qaziləri” ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Əmək və Müharibə veteranları Mirzəbala Hüseynov, Mirsahib Soltanov, Yusif Əliyev, Fəttah Kərimov, Əsədulla Əliyev, Qurban Əhməd, 97 saylı şəhər Dairə Seçki Komissiyasının sədri İsa Allahverdiyev, Qızıl Aypara cəmiyyətinin Cəlilabad bölməsinin rəhbəri İlkin Qubadov, rayon Mədəniyyət şöbəsinin nümayəndəsi Xeyrulla Şahbazov və başqaları çıxış edərək ulu öndər haqqında xatirələrini bölüşüb,  öz ürək sözlərini söyləyib, hörmət və ehtiramlarını bildiriblər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt