SEÇDİYİMİZ HƏYAT TƏRZİ SAĞLAMDIRMI?

Yadda saxlayaq ki, tibb elmi bizim özümüzlə deyil, canımızdakı azar-bezarla məşqul olur. Öz sağlamlığımızın qeydinə biz özümüz qalmalıyıq. Sağlamlığımızla məşqul olmaq öz şəxsi işimizdir. Qoy gözəl şüarlar, təmtəraqlı məruzələr bizi çaşdırmasın. Can sağlığımızı özümüzdən başqa kimsə qorumayacaq, qorusa da özümüz kimi heç kəs qoruya bilməz. Vicdanlı həkimlərin hamısı bir ağızdan deyir: hər kəs özünün həkimi olmalıdır!

 

Azərbaycan xalqının müasir tibbi avadanlıqlarla təmin olunmuş güclü savada malik fədakar həkimləri vardır. Belə həkimlərimizdən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında da öz həkimlik peşələrini sevə-sevə işləyənlər də az deyil.
“AZAD ZİYALILAR” İctimai Birliyinin İdarə Heyyəti üzüvləri olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında olduq. Savadlı və bacarıqlı ziyalı həkim dostlarımızla bəzi xəstəliklər və xəstəxananın indiki iş mexanizmi barədə fikir mübadiləsi apararaq həmsöhbət olduq. Mərkəzi xəstəxananın “Diaqnostika Müainə və Müalicə Mərkəzi” ndə ASM-in həkim mama ginekoloqu Validə Ələkbərova ilə söhbətimiz zamanı siqaret çəkmənin nəslə zərəri haqqında dedi: – Nikotin ən çox hamilə qadınlara ziyandır. Hansı ki, az çəkili və zəif uşaqların doğulmasına səbəb olur. Süd verən anaların siqaret çəkməsi uşaqlar arasında xəstələnmə və ilk illərdə ölüm hallarını artırır. Hamilə qadının siqaret çəkməsindən sonra plasentanın damarlarının spazmı baş verir və döl bir neçə dəqiqəliyə oksigen aclığı vəziyyətində olur. Hamiləlik zamanı mütəmadi siqaret çəkdikdə döl xroniki oksigen çatışmamazlığı vəziyyətində olur və nəticədə bətndaxili inkişaf zəifləyir. Siqaret çəkən hamilə qadın özünü mümkün uşaqsalma, ölü uşaq və ya aşağı çəkili uşağın doğulma riski altına qoyur. Siqaret çəkmək sağlamlığa ziyandır!

 

Mərkəzi xəstəxanamızın həkim və tibbi işçi heyyəti Tibbi Sığorta sisteminin qayda-qanunlarına tez bir zamanda uyğunlaşdı. Biz həkimlərlə çiyin-çiyinə çalışan öz həkimlik peşə fəaliyyətində bilik və bacarığını xalqına gecəli, gündüzlü sevərəkdən xidmət edən hal-hazırda direktorumuz olan Elnur Azadxanovun düzgün idarə etmə pirinsipi, kollektivin nizam intizamlılığını və sağlamlıq ocağımızda şəffaflılığı xeyli artırmışdır. Elnur həkim daim biz həkimlərin və tibbi personalların qayğıları ilə maraqlanır, lazım gəldikdə öz köməkliyini əsirgəmir. Cəlilabad rayon mərkəzi xəstəxanasının bu günki xidmətlərindən demək olar ki, hər bir xəstə posyentlərimiz razılğını bildirir.
AZAD ZİYALILAR İctimai Birliyi İdarə Heyyəti üzvləri Cəlilabad rayon mərkəzi xəstəxananın Diaqinostika müainə və müalicə mərkəzinin polikilinika şöbəsinin ziyalı həkim teropeviti Panalıyev Balağa həkimə “İnfeksiyaya necə yoluxurlar” mövzusu ilə həmsöhbət olduq: – Məişət-təmas vasitəsi ilə yoluxmalar var. Belə xəstəliyə hava vasitəsilə yoluxmaq olur. Sonra infeksiyaya su vasitəsi ilə yoluxmalar olur. Bəzi hallarda infeksiyaya qida məhsulları vasitəsilə yoluxmalara həkimlik təcrübəmizdə rastlaşmışıq.

 

İnfeksiyaya qansorucu buğumayaqlılar vasitəsilə yoluxmalar digər yoluxma amillərindən fərqli olaraq həşaratlar ətraf mühütdə fəal dəyişərək xəstəlik törədicisini infeksiya mənbəyindən sağlam orqanizmə keçirirlər. Bu üsul qanda infeksiya törədiciləri olduğu halda mövcuddur. Bu üsulla malyariya (qızdırma, titrətmə) taun, səpgili və qayıdan yatalaq və bəzi digər xəstəliklər yayılır. Hər kəs özü, özünün həkimi olmalıdır!
Mən uzun illərdir həkim işləyirəm. Demək olar ki, bu günkü gündə xəstəxanamızda hər bir iş şəffaflıqla görülür. Şəkər xəstələri vaxtlı-vaxtında müainə olunaraq lazımı şəkər dərmanperaparatlarını alırlar.

AZAD ZİYALILAR İctimai Birliyi İdarə Heyyəti üzvləri
Cəlilabad rayon mərkəzi xəstəxanası diaqinostika mərkəzində həkim Nəciyev Cəlil  “Sağlam həyat tərzinin yeddi bünövrəsi” haqqında həmsöbətimizdə dedi ki: – Sağlam həyat tərzi insanların xəstələnməsinin və xroniki xəstəliklərin fəsad verməsinin qarşısını almaqda ən güclü faktor hesab edilir. Sağlam həyat tərzinin formalaşmasının əsas şərti təbliğatdır. Onun da əsasını əhali arasında gigyenik tərbiyə təşkil edir. Sağlam həyat tərzinin birinci bünövrəsi: – Yüksək fiziki aktivlik, mütamadi əzələvi işdir. Əzələlər daim hərəkətdə olmalıdır.

İkinci bünövrəsi: – Bədənin daimi möhkəmləndirilməsi.
Üçüncü bünövrəsi: – Rasional qidalanma, vaxtı-vaxtında qidalanma.
Dördüncü bünövrəsi: – Gün rejiminə daha ciddi riayət edilməsi. Günü düzgün başlamaq, səhər idmanı, su proseduraları, yüngül və doyumlu səhər yeməyi, işə heç olmasa yarı yolu piyada getmək lazımdır. Yuxu rejiminə riayət etmək üçün yuxu tam dəyərli olmalıdır ki, orqanizm dincəlsin.
Beşinci bünövrəsi: – Əsəb sisteminin qorunması. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, sağlamlıq yalnız xəstəliklərin olmaması deyil eləcə də, normal fiziki, pisxi durum və sosial rifahla bağlıdır.
Altıncı bünövrəsi: – Orqanizmin səmərəli istirahəti. Şəhərdən kənarda istirahət çox xeyirlidir.
Nəhayət sağlam həyat tərzinin yeddinci bünövrəsi: – Zərərli vərdişlərdən, siqaret və sipirtli içkilərdən imtina etmək lazımdır.

Hal-hazırda mərkəzi xəstəxanamızın bütün işçi kollektivi başda rəhbərlik olmaqla öz səy və bacarığını ortaya qoyaraq bu şəfa ocağını vətənimizdə birincilərdən etsinlər. Əminəm ki, belə də olacaqdır.
AZAD ZİYALILAR İctimai Birliyi İdarə Heyyəti üzvləri olaraq biz də Cəlilabad rayon mərkəzi xəstəxanasının kolektivi başda rəhbərləri Elnur Azadxanov olmaqla gecəli-gündüzlü yorulmaq bilmədən canla-başla rayon sakinlərinin və xalqın xidmətində dayandıqlarına görə hər birinə təşəkkür edirik. Peşə fəaliyyətlərində uğurlar arzulayırıq. Biz də siz ziyalı həkimlərimizə, xəstə pasyentlərimizə inanaraq və güvənərək deyə bilərik ki, Cəlilabad rayon mərkəzi xəstəxanasında son dönəmlərdə yaradılan qayda-qanunlar, görülən əməli işlər və şəfa tapmaq üçün gələn xəstələrə göstərilən qayğıkeşliklə vaxtında və düzgün tibbi müdaxilələr bu tibb ocağının uğurlu zirvələrə iri addımlarla getdiyini göstərir.
UĞURLU ZİRVƏLƏR QİSMƏTİN OLSUN CƏLİLABAD RAYON MƏRKƏZİ XƏSTƏXANASI

🇦🇿AZAD ZİYALILAR İCTİMAİ BİRLİYİ İDARƏ HEYYƏTİ SƏDRİ

PAGE TOP