Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlar qazanan, regionda və dünyada nüfuzu artan Azərbaycanın inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Azərbaycanın inkişafı ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə bərabər, həm də regional və qlobal əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri, siyasi xadimləri, ayrı-ayrı nəşrlər Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti yüksək qiymətləndirirlər.
Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində başlanan Vətən Müharibəsi Ali Baş Komandanımızın diplomatie siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə düz 44 gün ərzində 30 il işğal altında olan həsrətində olduğumuz torpaqlarımız özümüzə qaytarıldı. Bu xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının qələbəsidir. Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasət düzgün siyasətdir, ölkə Prezidentimizin uğurlu siyasəti haqq işidir! Ali Baş Komandanın əmrini icra etmiş Azərbaycan Ordusu və rəhbərin ətrafında birləşmiş xalq. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi.
Dövlətimizin başçısı İlham Əliyevin istər yerli televiziya kanallarına və mətbuatına, istər xarici televiziya kanallarına və mətbuatına, istəsə də xalqa müraciətlərində səsləndirdiyi hər bir bəyanatda 30 ilə yaxın müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının yol açdığı sual doğuran və dəqiq cavabını axtaran məqamlar öz əksini tapıb. Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur.
Bəli, 44 günlük Vətən Müharibəsi bir daha Prezident İlham Əliyev cənablarının dünya miqyasında Lider siyasətçi olduğunu bir daha göstərdi. 44 günlük Vətən Müharibəsinin Qələbə sevincimizi nümayiş etdirən Zəfər paradı bunun sübutudur. Dövlətimizin başçısı İlham Əliyevin Laçının azad edilməsi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik, güc yumruğudur. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi! Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Çox sevindirici haldır ki, hazırda Qarabağ yenidən qurulur, ən yeni texnologiyalar, müasir avadanlıqlar, qadir əmək burada tətbiq olunur və bəhrəsini də verir. Bax, budur uğurlu siyasət!
Ümumiyyətlə, Azərbacan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı keçirilən bütün sorğuların nəticələri həmişə yüksək rəqəmlərlə müşahidə olunur. Bütün bunlar nəyi ifadə edir? Hər şeydən əvvəl Prezident İlham Əliyev də məhz 19 illik fəaliyyətinə görə Azərbaycanda yeganə lider olduğunu sübut etmişdir. Həmçinin, bu sorğu bir daha sübut edir ki, Azərbaycanda İlham Əliyev siyasi lider kimi, alternativsiz Lider kimi xalqın inam ünvanıdır.
Rahilə Əsgərova,
Cəlilabad rayon Sabirabad kənd
körpələr evi-uşaq bağçasının müdiri