Qonararsız efirə çıxmayacağını deyən Xatirə sözünün üstündə dura bilmədi: “İllərlə dostluq etdiyim aparıcılar var…”

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Efirə çıxmaq üçün telekanallardan qonorar tələb edən və istədiyi qonorarı almayana qədər verilişlərə getməkdən imtina edən müğənni Xatirə İslam sona qədər sözünün üstündə dura bilməyib.

Bir ilə yaxındır ki, verdiyi sözə əməl edərək efirlərə çıxmayan Xatirə vədini pozub.

Sənətçi efirə çıxıb, amma qonorarsız. O, verilişdə bunun səbəbini belə açıqlayıb:

“Vaxtilə mənim qonorarla bağlı söylədiyim fikirlər birmənalı qarşılanmadı. Amma bütün dünya ölkələrində belədir. Bu gün verilişə gəldim, özü də könüllü. Biz müğənniyik, toylara da gedirik və təbii ki, müəyyən qonorarın müqabilində. Amma ürəyim istəyən adamlar olur ki, qonorarsız da toylarına gedirəm. Eləcə də illərlə dostluq etdiyim aparıcılar var. Ürəyim istəyəndə onların verilişinə çıxacam. Bu gün də ürəyim istədi, verilişə gəldim”.

Qeyd edək ki, Xatirə ilk olaraq Kazım Sübhanın “Özəl” verilişində iştirak edib. //Yenicag.az//

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt