Azərbaycanda dəhşət: Düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvü qətlə yetirildi

XƏBƏR XƏTTİ
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Azərbaycanda Dövlət Bayrağı Günüdür•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Azərbaycanda Dövlət Bayrağı Günüdür•

Dekabrın 2-si saat 22 radələrində Beyləqan rayonu Tatallar kəndində bir ailənin üzvləri – ata, ana və 2 oğlu ov tüfəngi ilə öldürülüb.

Məcra.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə hadisəni törətməkdə şübhəli bilinən ailənin qonşusu 27 yaşlı Fuad Cəlilzadə polis tərəfindən saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib  ki, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

***

Qətlə yetirilənlərin adları:

1971-ci il təvəllüdlü Tərgül Quliyeva, 1966-cı il təvəllüdlü Nadir Quliyev, 1996-cı il təvəllüdlü Amin Quluzadə, 2002-ci il təvəllüdlü Xəyal Quluzadə.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt