Hamilə qadınla bağlı təcili yardıma 45 dəfə zəng edilib? – Rəsmi

XƏBƏR XƏTTİ
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Azərbaycanda Dövlət Bayrağı Günüdür•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Azərbaycanda Dövlət Bayrağı Günüdür•

Məcra.az xəbər verir ki, noyabrın 30-da Binəqədi rayonu, II Mədən massivində 5 aylıq hamilə, 2002-ci il təvəllüdlü Nəzrin Nəsir qızı Həsənova yaşadığı fərdi evdə qanaxma səbəbindən vəfat edib.

Ailəsi mətbuata açıqlamada təcili yardımı gec gəlməkdə ittiham edir. Yaxınları iddia edirlər ki, təcili yardıma 45 dəfə zəng edilsə də, 2 saatdan sonra çatıb.

Təcili yardımın niyə gecikməsi ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirildi ki, briqada çağırışdan 16 dəqiqə sonra hadisə yerində olub: “Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olub. Briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt