AQSİA-nın təşkilatçılığı ilə “Üfüqdə Yeni Fürsətlər:Qadın Sahibkarlara Yaşıl İşıq”adlı V Forum keçirilib – FOTO

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Noyabrın 23-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər:Qadın Sahibkarlara Yaşıl İşıq”adlı V Forum keçirilib.

“Yeni Gundem” xəbər verir ki, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət respublikamızın dinamik inkişafına şərait yaradıb. Ölkədə qadınların əmək bazarında kişilərlə bərabər hüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda hər 100 təhsil alanın orta hesabla 47 faizini, işçi qüvvəsinin 49 faizini, məşğul əhalinin 48 faizini, elmi işçilərin isə 53 faizini qadınlar təşkil edir. Qadın sahibkarlığın inkişafı üzrə komissiyanın fəallığının real nəticəsi olaraq bu günədək 400-dək qadın iş adamı Azərbaycan da Qadın Sahibkarlığının inkişafı Assosiasiyasının ətrafında toplana bilib. 5 il ərzində 70dən çox beynəlxalq səfərlər, 1500-dən çox tədbirlərə təşkilatçılıq etmişik.
Biz hər il keçirilən “Üfüqdə Yeni Fürsətlər : Qadın Sahibkarlara Yaşıl İşıq”adlı forumda qadın sahibkarlığı üçün prioritet təşkil edən mövzuları işıqlandırırıq. Bu il isə “Dövlət qurumları, özəl sektor, Qeyri-hökumət təşkilatlarında qadınların rolunun genişləndirilməsi”, “Azərbaycanda Qadın Assosiasiyalarının, kollektiv birliklərinin uğurlu nümunələri”, “Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi”, “Qadınların Milli Biznes Gündəliyi, İşçi qüvvəsində qadınlar: inkişaf imkanları”, “İqtisadiyyatda rəqəmsallaşdırma və yeni həyat keyfiyyətinə keçiddə Dövlət qurumları ilə Özəl sektorun birgə əməkdaşlığı”, “İdeyadan Biznesə, Biznesdən Karyeraya” adı altında panel müzakirələri keçirdik.”

Açılış nitqində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən qadın sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verərək bildirib ki, iqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir.
Forum çərçivəsində AQSİA-nın üzvü olan xanımların əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt