Rüşvətə görə töhmət verilən məktəb direktoru bu məktəbdə çalışacaq

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Bakıda 34 nömrəli məktəbə direktor təyin olunub.

Bakı şəhər Təhsil İdarəsindən Məcra.az-a verilən məlumata görə, həmin vəzifəyə Nəcibə Novruz qızı Axundova təyin edilib.

Qeyd edək ki, o, bundan öncə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru olub.

Onun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. Həmçinin Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyib. Direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir. Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.

Müəllimlərin müraciəti əsasında Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb. Araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Nəcibə Axundova 2016-cı il aprelin 18-i Lələtəpədə minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır. O, bu il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt