“Nehrə, kərə yağlarının əksəriyyətinin tərkibinə marqarin qatılır…”-Ekspert

Yağ gündəlik qida rasionumuzun mühüm elementlərindən biridir. Mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində ən azı 100 qram yağ qəbul etməlidir. Üstəlik, qəbul etdiyimiz yağın tərkibinin keyfiyyətli olması da orqanizm üçün çox vacibdir. Çünki orqanizmin tələb etdiyi vitamin və maddələrin bir qismi yağdan alınır. Ancaq keyfiyyətsiz və tərkibi zərərli maddələrlə “zəngin“ yağlar orqanizmdə bir sıra problemlərin yaranmasına səbəb olur.

Məcra.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub HüseynovunBakıvaxtı.az-a dediyinə görə, nehrə və kərə yağlarından danışırıqsa, əlbəttə ki, problemləri qeyd etmək zəruridir:

“Hər ay bu problemlərlə bağlı mənə 4-5 istehlakçı zəngi gəlir. Nehrə, kərə yağlarının əksəriyyətinin tərkibinə marqarin qatılır. Onu nehrədən keçirirlər, imitasiya olunur, guya təbii nehrə yağıdır. Bunların əksəriyyəti vaxtı keçmiş, təhlükəli bitki yağlarının qarışığıdır. Həmçinin marketlərdə hamının üstündəki inək şəklinə baxıb aldandığı yağlar da imitasiya olunur. Onlar da əslində qarışıq yağlar olur”.

E.Hüseynov bildirib ki, qidaların əksəriyyətinin üstündə aldadıcı informasiyalar var:

“Yaxşı olar ki, kərə yağı alan zaman onu əldə bərk sıxsınlar. Hansı yağ daha bərkdirsə, o təbii kərə yağıdır. Mən 5 il əvvəl Yeni Zellandiyada Azərbaycana göndərilən kərə yağının istehsal zavoduna getdim və orda ölkəmiz üçün hazırlanan yağa baxdım. Hətta orda süd istehsalı və fermer təsərrüfatına da getmişdim. Orda heyvanlar açıq səma altında otlayırlar, yemlərlə yemləndirilmirlər”.

Bitki yağlarına gəlincə, AİB sədri deyir ki, bu sektorda da böyük problemlər yaşanır. Müsahibimiz yerli zeytun yağlarına üstünlük verilməsini məsləhət görür: “Rusiya və Ukraynadan gətirilən yağlara şübhə ilə baxılmalıdır. Biz 5 il əvvəl Ukraynadan gətirilən yağı analiz etdik. Məlum oldu ki, o heç də qarğıdalı yağı deyil və həmin şirkət Azərbaycandakı distiributoru da aldadır və saxta yağ göndərir. Düşünürəm ki, AQTA daha bu işlərə nəzarət edir, mümkün qədər saxta yağların qarşısı alınır. Yaxşı olar ki, insanlar belə hallarla rastlaşdıqda 1003 Qaynar xətti ilə əlaqə saxlasınlar”.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Bakıvaxtı.az-a bildiriblər ki, yağın keyfiyyətinin qorunması üçün onun qablaşdırılması və daşınmasının böyük əhəmiyyəti var. Belə ki, hazırlanmış tara əvvəlcədən doymuş duz məhlulu ilə isladılmış perqament kağızı ilə örtülməlidir. Hava boşluqlarının qalmaması üçün yağ sıx yığılmalıdır. Qablaşdırılmış yağ etiketlənməli və üzərində istehsalçının adı, emal tarixi, yağın adı, yağın kütlə payı, çəkisi, növü, standartın və digər normativ-texniki sənədin nömrəsi, tərkibi, saxlanma müddəti və temperaturu, enerji dəyəri və s. məlumatlar qeyd olunmalıdır.

Pərakəndə satış üçün yağ perqament və ya folqaya bükülərək, xırda çəkilərlə qablaşdırıla bilər. Yağ ancaq avtorefrijeratorlarda 4-5ºC-də daşınmalıdır. Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır.

Yağdan istifadə təkcə onu istehlak etməklə bitmir, onun düzgün şəkildə saxlanılmasının da mühüm əhəmiyyəti var. Mənfi 18ºC temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar. Mənfi 12ºC temperaturda isə bu göstəricilər müvafiq olaraq 9 və 6 aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18ºC-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 8 – mənfi 3ºC temperaturda 1 ilə qədər saxlanıla bilər. Ticarət şəbəkələrinə yağ 10ºC-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2ºC-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində isə yağ adətən 8ºC və daha yüksək temperaturda saxlanılır. Kərə yağının qüsurlu olması özünü daha çox onun dadında, qoxusunda, xarici görünüşündə, konsistensiyasında, rəngində büruzə verir. Bu qüsurların bəziləri istehsal prosesi zamanı, bəziləri isə saxlanma müddətində yaranır. Yağın saxlanmasından qaynaqlanan qüsurlar əsasən temperaturla əlaqədar əmələ gəlir. Belə ki, müsbət temperatur şəraitində saxlanılan yağın dadı və qoxusu dəyişir, uzun müddət saxlandıqda isə tamamilə yararsız vəziyyətə düşür.

Nuranə Daxilqızı

otobet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortonwinmatbetjojobet güncel girişjojobetgrandpashabet 2198jojobet güncelextrabetistanbul escort bayanHOLİGANBET GİRİŞjustintvjojobetbetebetdumanbetdumanbetdumanbetbetistsekabet girişasyabahiscasibomMeritkingcasibom yeniMeritkingGrandpashabetGrandpashabetSpincofixbetdumanbetdumanbetdeneme bonusu veren sitelermarsbahisjojobet girişbetturkey girişcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetjojobet güncel girişextrabetcasibom girişsekabet güncel girişmarsbahisgüvenilir bahis sitelerimarsbahis girişjojobet güncel girişsahabetcasibom girişcasibom 715 girişmatbet güncel girişMeritkingngsbahiselexbetbahigojojobet girişmarsbahis güncel girişjojobet girişjojobet girişgrandpashabet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişsahabet güncel girişbetcupvbetultrabet güncel girişdumanbethiltonbetextrabetsafirbetbetmoonhiltonbetmeritbet güncel girişonwin güncel girişhiltonbetCasibom güncel girişbetparkartemisbet güncel girişankara escortjackbetcasibombetpasjojobetmarsbahisjojobetmatadorbetsahabetmatadorbetsahabetmeritbetMeritkingpusulabet güncel girişmatbet güncel girişbetwoonbetwoonistanbul kart başvuruGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinoMeritkingsahipleniyorumonwinzbahisimajbet güncel girişcasibompusulabetAlsancak Escortbetturkeymatadorbetbetturkey girişcasibomCASİBOMbettilt girişcasibom girişCasibom girişimajbet güncel girişimajbetmarsbahis girişcasibom girişcasibom girişsahabet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişImsha Rehmandeneme bonusu veren sitelercasibom girişcasibomcasibom girişGrandpashabetbetwooncasino sitelericasibomtuzla escortcasibomKonyaaltı Escortbaywin girişbaywinbetcioGrandpashabetcasinolevantbettiltbetasus güncel girişjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabetcasibomcasibom girişganobetganobetultrabetultrabet