Könül Xasıyeva Zaur Kamalı polisə verdi – QALMAQAL

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•
Xalq artisti Könül Xasıyeva teleaparıcı Zaur Kamalı polisə verib.
Bakupost.az –ın məlumatına görə, buna səbəb Z.Kamalın ARB-də yayımlanan “Həmin Zaur” (“Səni deyirlər” rubrikası) verilişində işlətdiyi ifadələr olub.
Aparıcı efirdə bildirib ki, K.Xasıyeva vaxtilə Bakıda tək qalmamaq üçün anasını öz yanına, evinə gətirib. Bu isə valideynlərinin ayrılmasına səbəb olub.
Efirdən bir ildən çox vaxt keçəndən sonra K.Xasıyeva həmin ifadələri əsas götürərək Z.Kamalı polisə şikayət edib.
Bakı şəhər Baş Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma başlayıb və Z.Kamal İdarəyə dəvət olunaraq dindirilib.
Aparıcı vurğulayıb ki, həmin fikirləri Bakupost.az –da yayımlanan müsahibəsi əsasında deyib.
Həmçinin, müsahibənin müəllifi jurnalist Günel Musa da baş verənlərdən sonra bu gün Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.
Qeyd edək ki, müsahibədə K. Xasıyeva “Bu gün valideynlərinizin hər ikisi dünyasını dəyişib. İndi onlardan ən çox hansı üçün darıxırsınız?” sualını belə cavablandırıb:
– Həmişə anamı atamdan qoruduğum üçün mənə elə gəlirdi, anamı atamdan çox istəyirəm. Ancaq atam dünyasını dəyişəndən sonra başa düşdüm ki, mən ən çox atam üçün darıxıram. Yadıma gəlir, Bakıda ev-eşik edəndən sonra anamı atamın əlindən alıb yanıma gətirdim. Atamdan ayırdım onu. Gedəndə atama dedim ki, necə ki, evlənməmişdən qabaq anamın arxasınca sürünüb gəlib-getmisən, əgər anamı gəlib o məhəbbətlə aparacaqsansa, verəcəm onu sənə. Yox elə olmayacaqsa, anamı sənə verməyəcəm. Get evlən. O ev də daxil hər şey sənin olsun”.
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt