Cəlilabadda payızlıq kartofun yığımına başlandı-FOTOLAR

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Cəlilabadda payızlıq əkilən kartofun yığımına başlandı. Məcra.az xəbər verir ki, ölkənin cənub rayonlarından olan Cəlilabadda zəhmətkeş əhali dövlət tərəfindən onlara verilən torpaq sahələrini əkib-becərirlər.

 

Noyabr ayının əvvəlindən Cəlilabad rayonunda artıq payızlıq kartofun yığımına start verilib. Fermerlər bildiriblər ki, kartofun 1 kiloqramının qiyməti 50-60 qəpik arası dəyişir. Bu da toxumun növündən və kartofun iri və ya xırda olmasından asılıdır.

 

Payızlıq kartofun əkini zamanı fermerlər əsasən “kemrov” və “arizona” kimi toxumlara üstünlük veriblər. Fermerlərin sözlərinə görə dekabr-yanvar aylarında payızlıq kartofun 1 kiloqramının qiyməti 80 qəpiyə bahalaşmaq ehtimalı var.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt