İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış olub.
Ölkəmizdə geniş vüsət alan infrastruktur quruculuğ prosesi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün regionlarda olduğu kimi Cəlilabad rayonunda da sakinlərin rahatlığını təmin etmək məqsədilə abadlıq quruculuq işləri davam etdirilir.
Mecra.az xəbər verir ki, rayon rəhbəri Heydər Əliyev prospektində yol kənarına yeni düzülmüş bardurların keyfiyyəti və mövcud vəziyyətilə maraqlanıb. Zərifə Əliyeva küçəsi və İlqar Zeynalov küçəsində yerləşən çoxmənzilli yaşayış binalarında və həyətində aparılan təmir və abadlıq işləri ilə tanış olub. Binaların həyətinin səliqəyə salınması, sakinlərin asudə vaxtının səmərəli təşkili üçün yeni salınan parkda müxtəlif növ uşaq oyun elementlərinə, futbol meydançasına və idman qurğularına, həmçinin şəhər ərazisindəki 8 küçənin işıqlandırlması üçün müasir standartlara cavab verən yeni işıq dirəklərinin quraşdırılmasına baxış keçirmişdir.
Şəhərin Molla Vəli Vidadi küçəsində insanların və avtomobillərin hərəkətinə mane törədən ağacların budanması, həmçinin 28 May küçəsində qurunt sularının ötürülməsi üçün kanalizasiya xəttində aparılan təmir işlər ilə tanış olmuşdur.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərə görülən işlərin vaxtında, keyfiyyətli və yüksək səviyyədə icrasına dair müvafiq tapşırıq və tövsiyələrini vermişdir.






























