Bir fotoyla gündəm olan Diqo kəndində məktəb tikilir-FOTO

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Astara rayonunun Diqo kəndi… Bu ucqar kənd gündəmə cəmi bir maşın və bir mağazasının olması, orada 50 uşaq yaşamağına baxmayaraq, məktəb binasının yoxluğu ilə gəlmişdi. 

Məcra.az xəbər verir ki, “Qafqazinfo”da bu barədə reportaj yayımlandıqdan sonra məsələ aktuallaşmışdı. İndi sözügedən kənddə yeni məktəbin təməli qoyulub. Bu haqda fotoqraf Orxan Əzim məlumat yayıb. O qeyd edib ki, ilkin məlumata görə, məktəb tezliklə təhvil veriləcək.

Xatırladaq ki, Diqoya yaxın ən yaxın təhsil ocağı 5 kilometr uzaqda yerləşən Pəlikəş kəndindədir. Uşaqlar qar-yağış demədən, dağ yolları ilə həmin məktəbə getmək məcburiyyətindədirlər.

***

Təhsil Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Astara rayonunun Diqo kəndində 56 şagirdlik modul tipli məktəb quraşdırılır. Qurumdan qeyd edilib ki, təhsil ocağının ilin sonuna qədər təhvil verilməsi gözlənilir. 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt