İstanbul terrorunun 3 YAŞLI QURBANI: ata və qızı həyatını itirdi – FOTO

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Xəbər verdiyimiz kimi ötən gün İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində törədilən terror aktında 6 nəfər həyatını itirib.

 

Məcra.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, qurbanlar arasında Yusuf Meydan və 3 yaşlı qızı Ecrin Meydan da var.

Qeyd edilib ki, Elazığ şəhərinin Palu rayonunda qeydiyyatda olan ailə qız istəmək üçün Adanadan İstanbula gəliblər. İstiqlal küçəsindən keçərkən xain hücumun qurbanına çevriliblər.

Yusuf Meydanın Ailə və Sosial Xidmətlər Nazirliyinin əməkdaşı olduğu öyrənilib.

Ailə və Sosial Xidmətlər naziri Derya Yanık, İstiqlal küçəsində baş verən partlayışdan sonra sosial media hesabından əldə etdiyi yeni məlumatı paylaşaraq yazıb:

“İstanbuldakı xain hücumun acı xəbəri ürəyimizi parçaladı. Həmkarımız Yusuf Meydan və qızı Ecrini itirdik. Ailəsinə,yaxınlarına və həmkarlarına başsağlığı diləyirəm. Ata və qızının ölümünə səbəb olan bu xain hücumu lənətləyirəm. Dövlət olaraq şəhid olan qardaş və bacılarımızın ailələrinin və yaralıların yanındayıq. Heç bir şər ocaq bizim birliyimizi və həmrəyliyimizi poza bilməyəcək”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt