Bu gün 26 fevral Xocalı faciəsinin 34-ci ildönümü günü Azərbaycan Yazıçılar Birliyində tədbir keçirilib.
Mecra.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalislər Birliyinin üzvü, Prezident təqaüdçüsü şair, jurnalist Vasif Əlihüseynin Xocalı faciəsindən bəhs edən “25-dən 26-na keçməyən gecə” adlı kitabı oxuculara təqdim olunub.
Təqdimat mərasimində Xocalı şəhərinin 1990-1993-cü illərdə ilk polis rəisi olmuş Sabir Məmmədov, Milli Qəhrəman Əlif Hacıyevin bacısı Şükufə Hacıyeva, “Ulduz” jurnalının baş redaktoru, şair, jurnalist Qulu Ağsəs, professor Qulu Məhərrəmli, ilahiyyatçı Tural İrfan, Qarabağ veteranı Firudin Məmmədov, yazıçı Əli Bağış, şairə Sahibə Rəşid və Azərbaycan Universitetinin bakalavrları iştirak ediblər.
Tədbiri başlayarkən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı Qulu Ağsəs Xocalı faciəsi haqda yazılan əsərlərdən danışıb. Daha sonra isə tədbir iştirakçılarına söz verilib. Onlar da müəllifi ərsəyə gətirdiyi belə bir kitaba görə təbrik ediblər.
Uğur






























