Cümə axşamı, Yanvar 1, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Qarabağ

20 Noyabr – Ağdam şəhəri günüdür

18 Noyabr, 25 / 10:19
A A
20 Noyabr – Ağdam şəhəri günüdür

Qarabağın qədim tarixi, zəngin mədəni irsi və strateji-coğrafi mövqeyi ilə seçilən bir şəhərlərindən biri Ağdam əsrlər boyu Azərbaycan xalqının mədəni, iqtisadi və ictimai həyatında mühüm rol oynamış, dövlətçiliyimizin və milli kimliyimizin ayrılmaz hissəsinə çevrilmişdir. Ağdam bir şəhər olmaqla yanaşı, həm də Azərbaycan xalqının möhkəm iradəsinin, əyilməz ruhunun və azadlıq uğrunda apardığı mübarizənin rəmzidir.
Ağdam Sovet hakimiyyəti illərində Qarabağ bölgəsinin ən mühüm sənaye və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada məktəblər, mədəniyyət evləri, teatr, muzey və istehsalat müəssisələri fəaliyyət göstərirdi. Xüsusilə, “İmarət” məscidi, Qarabağ xanlarının türbələri və Ağdam Çörək Muzeyi kimi abidələr şəhərin tarixi simvolu idi. Ağdam eyni zamanda Azərbaycanın musiqi və incəsənət həyatında mühüm yer tuturdu. Burada doğulmuş bəstəkarlar, sənətkarlar və ziyalılar milli mədəniyyətin inkişafına dəyərli töhfələr vermişlər. Şəhər həm də Qarabağın sosial-iqtisadi mərkəzlərindən biri kimi bölgənin həyatında aparıcı rol oynayırdı.
XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində Ağdam 1993-cü ildə düşmən tərəfindən işğal olunması Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri oldu. Bu işğal təkcə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi təcavüz olmaqla yanaşı, həm də xalqımızın mədəni irsinə, tarixinə və mənəvi dəyərlərinə qarşı törədilmiş bir vandalizm aktı idi. Ağdamın taleyi beynəlxalq ictimaiyyətin gözü qarşısında dağıdılan ədalətin və tapdanan beynəlxalq hüququn simvoluna çevrildi. İşğal illərində şəhər tamamilə dağıdıldı, tarixi abidələr, məscidlər, məktəblər və evlər yerlə-yeksan edildi. Ağdam “ruhlar şəhəri” adlandırıldı. Baş verənlər hadisələr xalqımızın yaddaşından silinmədi. Qarabağın digər yerlərində olduğu kimi Ağdamın da viran qoyulması Azərbaycan xalqına qarşı törədilmiş mədəni soyqırımın və insanlıq faciəsinin bariz nümunəsidir.
Vətən müharibəsi Azərbaycanın suverenliyinin və milli qürurunun bərpası yolunda dönüş nöqtəsi oldu. Müzəffər Azərbaycan Ordusu və dövlət başçısının qətiyyətli siyasi iradəsi nəticəsində Qarabağ o cümlədən Ağdam düşmən işğalından azad edildi. Bu tarixi qələbə torpaqlarımızın qaytarılması olmaqla bərabər, həm də ədalətin bərpası, milli həmrəyliyimizin və dövlətçiliyimizin təntənəsi idi.
Ağdam azad edilərkən qarşımıza acı bir mənzərə çıxdı: bir vaxtlar Qarabağın sənaye və mədəniyyət mərkəzi olan bu şəhər yerlə-yeksan edilmişdi. Dağıdılmış evlər, yandırılmış məscidlər, məhv edilmiş tarixi abidələr və minalarla dolu torpaqlar düşmən vandalizminin acı izlərini əks etdirirdi. Bu gün isə Ağdam dirçəliş dövrünü yaşayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Ağdam rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin əsas məqsədi dağıdılmış şəhəri müasir, ağıllı və ekoloji baxımdan dayanıqlı məkana çevirməkdir. Azərbaycan dövləti Ağdamı yalnız fiziki baxımdan deyil, həm də mənəvi cəhətdən dirçəldir. Burada bərpa olunan hər bina, əkilən hər ağac, qoyulan hər daş Azərbaycanın suverenliyinin və milli iradəsinin simvoludur.
Ağdamın azadlığı və sonrakı bərpası cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü dövlət konsepsiyasının parlaq nümunəsidir. Dövlət başçısının təşəbbüsü ilə hazırlanmış və 2021-ci ildə təsdiqlənmiş Ağdam şəhərinin Baş planı ölkənin yeni inkişaf modelinin simvoluna çevrilmişdir. Burada həyata keçirilən bərpa işləri, o cümlədən Zəfər muzeyinin inşası, Qarabağ Mədəniyyət Mərkəzinin yaradılması, Ağdam Sənaye Parkının fəaliyyəti, yaşıl enerji infrastrukturu, yeni yollar və yaşayış kompleksləri cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi modern dövlət siyasətinin praktiki təzahürüdür.
Ağdam Şəhər Günü sadəcə bir tarix deyil, Azərbaycanın Qələbə fəlsəfəsinin simvoludur. Hər il bu gün qeyd olunan tədbirlər, cənab Prezidentin səfərləri və yeni layihələrin açılışları Azərbaycanın sarsılmaz dövlətçiliyini, milli birliyini və ərazi bütövlüyünün bərqərar olduğunu nümayiş etdirir. Ağdam Şəhər Gününün qeyd olunması həm də Azərbaycan xalqının milli kimliyinin və qürurunun təcəssümüdür. Bu gün həm keçmişə ehtiramın, həm bu günün quruculuğunun, həm də gələcəyə inamın bayramıdır. Bu əlamətdar gün Azərbaycan xalqına bir daha xatırladır ki, Qarabağ artıq əbədi olaraq Azərbaycandadır. Ağdamın dirçəlişi, şəhər gününün təntənəli qeyd olunması və bu prosesə rəhbərlik edən cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sübut edir ki, Azərbaycan qalib xalqın və qətiyyətli liderin dövlətidir.

Şəbnəm Eldarova,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

Əvvəlki yazı

Cəlilabadın bu kəndlərində işıq olmayacaq – XƏBƏRDARLIQ

Növbəti yazı

“Otağa icazəsiz girib isinmək üçün od qalayıblar” – VİDEO

XƏBƏR LENTİ

Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı

Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı

Yanvar 1, 2026
Gələn ildən pensiya yaşı artırılır

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

Yanvar 1, 2026
"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

"Bu dünyada hər şey borcdu..." - Gülbala Teymurun şeirləri...

Yanvar 1, 2026
Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Polis əməkdaşları azyaşlını belə xilas etdi - VİDEO

Yanvar 1, 2026
Yanvarda hava necə olacaq?

Yağış, qar... - Sabahın havası

Yanvar 1, 2026
Prezident Kəlbəcər Şəhəri Günü ilə bağlı paylaşım etdi – VİDEO

İlham Əliyev onları təbrik etdi

Yanvar 1, 2026
İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

İlham Əliyev xalqa müraciətindən paylaşım etdi - VİDEO

Yanvar 1, 2026
Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Qubanın ən ucqar kəndində Yeni il ovqatı - VİDEO

Yanvar 1, 2026
Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaqmı? - VİDEO

Yanvar 1, 2026
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib

Yanvar 1, 2026
"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

"Heç kimin qarşısında baş əyməmişik..." - Prezident

Yanvar 1, 2026
"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

"Hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir..." - İlham Əliyev

Yanvar 1, 2026
Bu institutun əməkdaşları təltif edildi - Siyahı

Prezident xalqa müraciət etdi - VİDEO

Yanvar 1, 2026
Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR

Dekabr 31, 2025
"At ili" nələr vəd edir?

"At ili" nələr vəd edir?

Dekabr 31, 2025
Bəzi yollar buz bağlayacaq

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Dekabr 31, 2025
DYP-dən sürücülərə - Xəbərdarlıq+VİDEO

DYP küləkli hava ilə bağlı sürücülərə çağırış etdi

Dekabr 31, 2025
Güclü külək nə vaxtadək davam edəcək?

Güclü külək nə vaxtadək davam edəcək?

Dekabr 31, 2025
Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Bakıdan Lerikə gedənlər qəzaya düşdü - 6 nəfər xəstəxanaya yerləşdirildi

Dekabr 31, 2025
Qar yağacaq - Sabahın havası

Təzə ilin ilk günü hava necə olacaq? - Proqnoz

Dekabr 31, 2025
Mehriban Əliyevadan təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım - FOTO

Meriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım etdi - FOTO

Dekabr 31, 2025
Beş günlük bayram tətili başladı

Beş günlük bayram tətili başladı

Dekabr 31, 2025
Həmrəylik Günüdür

Həmrəylik Günüdür

Dekabr 31, 2025
“Türk dünyası özünün yüksəliş dövrünü yaşayır”

Prezidentdən bayram paylaşımı - FOTO

Dekabr 30, 2025
Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Ziyalılığın estetikası - Aydın Hüseynov yazır...

Dekabr 30, 2025
Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Rafiq Cəlilov Cəlilabad sakinlərini təbrik etdi

Dekabr 30, 2025
İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

İcra başçısı Cəlilabad şəhərində abadlıq işlərinin gedişi ilə tanış oldu - FOTOLAR

Dekabr 30, 2025
Keçmiş icra başçısı azadlığa buraxıldı

Keçmiş icra başçısı azadlığa buraxıldı

Dekabr 30, 2025
Bu institutun əməkdaşları təltif edildi - Siyahı

İlham Əliyev ona "Şərəf" ordeni verdi

Dekabr 30, 2025
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Prezident Fərman imzaladı - Yeni qurum yaradıldı

Dekabr 30, 2025
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.