Çərşənbə, Fevral 18, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Yaxşı adam... - Elman Eldaroğlu yazır...

12 Yanvar, 26 / 21:25
A A
Yaxşı adam... - Elman Eldaroğlu yazır...

Cəlilabadlı dostlarım onun barəsində ağızdolusu danışıb, gözəl sözlər söyləyirlər. Rayon əhalisinə isti münasibət göstərdiyini, qayğı ilə yanaşdığını xüsusi vurğulayırlar. Dostum, filologiya elmləri namizədi, şair, publisist Bilal Alarlı onu belə xarakterizə edir: “O, Cəlilabadda əhalinin məşğulluğunun təmin edilməsinə diqqətlə yanaşır. Rayonun ən mühüm problemləri təsərrüfat ənənələrinin dirçəldilməsi, yeni iş yerlərinin açılması, suvarma şəbəkəsinin bərpası, yolların abadlaşdırılması, sosial binaların tikintisinə rəvac verilməsi ilə bağlıdır. Bu məsələlər rayonda görüləcək uzunmüddətli proqramın tərkib hissəsini təşkil edir. Səyyar iclaslarda, ayrı-ayrı kəndlərin sakinləri ilə keçirilən görüşlərdə müzakirə edilən məsələlər də bu problemlərin tezliklə aradan qaldırılmasına xidmət edir. Şəhid ailələrinə, qazilərə tez-tez baş çəkir, onların qayğısına qalır, problemlərini, çətinliklərini aradan qaldırır. Bir sözlə, uşaqla uşaq, böyüklə böyük kimi rəftar edir və sözün həqiqi mənasında Cəlilabad əhalisinin ehtiramını qazanıb…”.

…O, 13 yanvar 1963-cü ildə dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra o vaxtkı Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub, 1984-cü ildə oranı iqtisadçı kimi bitirib. Əmək fəaliyyətinə Ukrayna Respublikasnda başlayıb. 1984-1989-cu illərdə Ukraynanın “Krivorojstal” metallurgiya kombinatında nəzarət-təftiş bürosunun rəisi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycana qayıdaraq, burada Xəzər Dəniz Gəmiçilik İdarəsində, özəl sektorda, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Sonra Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Xidmətində olduğu dövlət qulluğu vəzifələrində ləyaqətlə çalışması ona olan etimadı artırıb və ölkə rəhbəri tərəfindən yüksək dəyərləndirilərək Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Sonradan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini vəzifəsi ona həvalə olunub.

2021-ci ildən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir. Realist və sosial xarakterə malik insandır. Yüksək intuisiya qabiliyyəti var, bu da hər vəziyyətdə onun düzgün qərar verməsinə kömək edir. Bacardığı qədər ədalətli olmağa çalışır. Cəmiyyətdə, işdə və dostları arasında davranışında olduqca diqqətlidir. Rayonun Göytəpə şəhərinin nüfuzlu sakinlərindən biri, iş adamı, dostum Rafiq Abışov isə onun haqqında söyləyir: “O, bu vəzifəyə gətiriləndə rayonda iqtisadi problemlər çox idi. Sovet təsərrüfat sistemi dağılandan sonra yeni iqtisadi strukturların yaradılması yubadılırdı. Təsərrüfatla yanaşı, tikinti və abadlıq sahəsində də geriləmələr mövcud idi. Sovet dönəmindən qalma yollar dağılmış, təsərrüfatların suvarma sistemi sıradan çıxmışdı. Əhali işsizlikdən əziyyət çəkirdi. Kütləvi iş yerləri qapanmış, iki yüz mindən çox əhalisi olan rayonda dolanışıq problemi yaranmışdı. O, bu çətinliklərə yiyə durub, çiyinlərini ağır yükün altına verdi. Və qısa müddətdə bir sıra problemləri aradan qaldırdı…”.

…Həssas adamdır, özünü ifadə etmək qabiliyyəti güclüdür. Əməksevərliyə, işgüzarlığa böyük önəm verir. Adamlarda mərdliyi, dürüstlüyü yüksək dəyərləndirir. Olduqca məsuliyyətlidir, necə deyərlər, yüz ölçüb bir dəfə biçməyi xoşlayır. Yardıma, ehtiyacı olan insanlara sevgi və şəfqətlə yanaşır.

“Rayonun iqtisadiyyatını əsasən kənd təsərrüfatı və yeyinti sənayesi təşkil edir. Vaxtilə Cəlilabad Azərbaycanda ən böyük üzümçülük, taxılçılıq və kartofçuluq bölgəsi sayılırdı. İqtisadiyyatında taxılçılıq və heyvandarlıq da mühüm yer tuturdu. Mal-qara və donuzkökəltmə birlikləri, quşçuluq kombinatı, inkubator-quşçuluq stansiyaları vardı. Həmçinin üzüm emalı, süd, çörək, asfalt zavodları, yerli sənaye kombinatı, xalça sexi və başqa müəssisələr də mövcud idi. Bakı-Astara dəmir yolunun və Bakı-Astara avtomobil yolunun rayon ərazisindən keçməsi rayonun iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edirdi. Ənənəni bərpa etmək, təsərrüfatı dirçəltmək istiqamətində görülən bütün işlər təqdirəlayiqdir. O, tikinti-abadlıq işlərinə də diqqətlə yanaşır. Cəlilabadda şəhərdaxili küçələrdə aparılan asfaltlanma işləri ilə ciddi maraqlanır. Şəxsi təşəbbüsü ilə məhəlli yolların asfaltlaşdırlmasını həyata keçirir…”- Bunları da sabiq deputat, Cəlilabad sakini Dünyamalı Məmmədov söyləyir.

Bəli, yaxşı adam harada işləməsindən asılı olmayaraq Yaxşı Adamdır. İstər sıravi peşə sahibi olsun, istərsə də vəzifə adamı. Heç vaxt öz xeyirxahlığından qalmayacaq. Bacardığı qədər xalqa, dövlətə faydalı insan olacaq. Haqqında söhbət açdığım Rafiq Əsgər oğlu Cəlilov kimi…Yanvarın 13-ü Rafiq müəllimin 63 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir və möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram. Şair dostum Sakit İlkinin təbirincə desək:

“Həmişə üzü belə,

Ağ ol, a yaxşı adam…

Barı dərilib, qalxan,

Bağ ol, a yaxşı adam…

 

Qar verən…qar alandı,

Çox adlar qaralandı…

Saçına qar ələndi,

Dağ ol, a yaxşı adam…

 

Xoş sözün gəlib, çatıb,

Dolub qəlbimin çatı…

Sağola gücüm çatır,

Sağ ol, a YAXŞI ADAM!!!

Hörmətlə, Elman Eldaroğlu

 

Əvvəlki yazı

Hava ilə bağlı növbəti Xəbərdarlıq

Növbəti yazı

"Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi..." - Prezident+VİDEO

XƏBƏR LENTİ

Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - FOTO

Vüqar Qurbanovun həbsinə hazırlıq gedir

Fevral 18, 2026
Sabah bu ərazidə su kəsiləcək - Xəbərdarlıq

Bakının bu ərazilərində 3 gün su olmayacaq - Xəbərdarlıq

Fevral 17, 2026
Cəlilabadda coğrafiya müəllimləri ilə görüş keçirildi - FOTOLAR

Cəlilabadda coğrafiya müəllimləri ilə görüş keçirildi - FOTOLAR

Fevral 17, 2026
34 il sonra cəlilabadlı şəhidin nəşinin qalıqları tapıldı - FOTO

34 il sonra cəlilabadlı şəhidin nəşinin qalıqları tapıldı - FOTO

Fevral 17, 2026
Rafiq Cəlilov 34 il sonra nəşinin qalıqları tapılan şəhidin ailəsini ziyarət etdi - FOTO

Rafiq Cəlilov 34 il sonra nəşinin qalıqları tapılan şəhidin ailəsini ziyarət etdi - FOTO

Fevral 17, 2026

Azərbaycanla Serbiya arasında münasibətlərin yaxşı perspektivləri var

Fevral 17, 2026
İcra başçısı Günəşlidə sakinlərlə görüşdü - FOTOLAR

İcra başçısı Günəşlidə sakinlərlə görüşdü - FOTOLAR

Fevral 17, 2026
İnsan alveri və məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş yeni metodik vəsaitlərin təqdimatı keçirildi - FOTOLAR

İnsan alveri və məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş yeni metodik vəsaitlərin təqdimatı keçirildi - FOTOLAR

Fevral 17, 2026
"İdrak" liseyində güllələnən müəllim əməliyyat olundu - Klinikadan açıqlama

Güllələnən müəllim evə buraxıldı

Fevral 17, 2026
Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - FOTOLAR

Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? - FOTOLAR

Fevral 17, 2026
Bakıda 42 məktəbə yeni direktor təyin olunub

Bakıda 42 məktəbə yeni direktor təyin olunub

Fevral 17, 2026
Ruben Vardanyana hökm oxundu

Ruben Vardanyana hökm oxundu

Fevral 17, 2026
Ramazan ayı bu tarixdə başlayır - İlk günün imsak və iftar vaxtı

Ramazan ayı başlayır - Təqvim açıqlandı

Fevral 17, 2026
Bir icra başçısına töhmət verildi - Digərlərinə xəbərdarlıq edildi

Bir icra başçısına töhmət verildi - Digərlərinə xəbərdarlıq edildi

Fevral 17, 2026
Paşinyanla Akopyan ayrıldı

Paşinyanla Akopyan ayrıldı

Fevral 17, 2026
Azərbaycanın artan beynəlxalq nüfuzu və Serbiya ilə strateji əməkdaşlığın dərinləşməsi

Azərbaycanın artan beynəlxalq nüfuzu və Serbiya ilə strateji əməkdaşlığın dərinləşməsi

Fevral 17, 2026
Azərbaycanın Serbiya ilə əməkdaşlıq potensialı böyükdür

Azərbaycanın Serbiya ilə əməkdaşlıq potensialı böyükdür

Fevral 17, 2026
Dost ölkənin Azərbaycana özəl və gözəl münasibəti

Dost ölkənin Azərbaycana özəl və gözəl münasibəti

Fevral 17, 2026
Azərbaycan-Serbiya əməkdaşlığının strateji hədəfləri

Azərbaycan-Serbiya əməkdaşlığının strateji hədəfləri

Fevral 17, 2026
Prezident İlham Əliyevin Serbiyaya səfəri əlaqələrimizin möhkəmlənməsinə töhfələr verəcək

Prezident İlham Əliyevin Serbiyaya səfəri əlaqələrimizin möhkəmlənməsinə töhfələr verəcək

Fevral 17, 2026
Azərbaycan-Serbiya strateji tərəfdaşlıq  münasibətləri özünü doğruldur

Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətləri özünü doğruldur

Fevral 17, 2026
Azərbaycan ilə Serbiyanın dostluğu əbədi olacaq

Azərbaycan ilə Serbiyanın dostluğu əbədi olacaq

Fevral 17, 2026
Moskvada küçədə azərbaycanlı cütlüyün meyiti tapıldı - FOTO

Moskvada küçədə azərbaycanlı cütlüyün meyiti tapıldı - FOTO

Fevral 16, 2026
İcra başçısı ötən ay özünə köməkçi təyin etdiyi şəxsi vəzifəsindən azad etdi

İcra başçısı ötən ay özünə köməkçi təyin etdiyi şəxsi vəzifəsindən azad etdi

Fevral 16, 2026
Cəlilabadda 52 yaşlı kişi öldürüldü - Saxlanılan var - Yenilənib

Cəlilabadda 52 yaşlı kişi öldürüldü - Saxlanılan var - Yenilənib

Fevral 16, 2026
"Yuxa" restoranı bağlandı - VİDEO

"Yuxa" restoranı bağlandı - VİDEO

Fevral 16, 2026
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - FOTO

Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - FOTO

Fevral 16, 2026
Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

Fevral 16, 2026
Vüqar Qurbanov vəzifəsindən azad edildi

Vüqar Qurbanov vəzifəsindən azad edildi

Fevral 16, 2026
İcra başçısı iki vəzifəli şəxsi işdən çıxardı

İcra başçısı iki vəzifəli şəxsi işdən çıxardı

Fevral 16, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.