Cümə axşamı, Aprel 9, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Siyasət

Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR

09 Aprel, 26 / 16:14
A A
Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

Mecra.az xəbər verir ki, aprelin 9-da nazir Mustafa Çiftçi və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.

Həmin gün general-polkovnik Vilayət Eyvazov türkiyəli həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə M.Çiftçini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.

O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq-mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv inkişafına daim önəm verdiyini qeyd edib. Bu əlaqələrin ilk növbədə qarşılıqlı hüquqi  yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığı nəzərə çatdırılıb.

Nazir Azərbaycan polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də diqqətə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb, Mustafa Çiftçinin şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

V.Eyvazov Mustafa Çiftçinin Azərbaycana ilk rəsmi səfərinin əlaqələrimizin inkişafına və dərinləşməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula, ətraflı məlumata və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından və təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

Əvvəlki yazı

Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Növbəti yazı

Prezident ona general rütbəsi verib birinci müavin təyin etdi

XƏBƏR LENTİ

Prezident ona general rütbəsi verib birinci müavin təyin etdi

Prezident ona general rütbəsi verib birinci müavin təyin etdi

Aprel 9, 2026
Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR

Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR

Aprel 9, 2026
Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Aprel 9, 2026
Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - RƏSMİ

Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - RƏSMİ

Aprel 9, 2026
"Yeni Klinika"da xəstə ölümünə görə həkimə hökm oxundu

"Yeni Klinika"da xəstə ölümünə görə həkimə hökm oxundu

Aprel 9, 2026
Sabah 17 dərəcə isti olacaq

22° isti olacaq – Sabahın havası

Aprel 9, 2026
I sinfə qəbul "mygov" üzərindən həyata keçiriləcək - VİDEO

I sinfə qəbul "mygov" üzərindən həyata keçiriləcək - VİDEO

Aprel 9, 2026
Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - FOTOLAR

Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - FOTOLAR

Aprel 9, 2026
Bu kolleclərə yeni rəhbər təyinatları oldu - FOTO

Bu kolleclərə yeni rəhbər təyinatları oldu - FOTO

Aprel 9, 2026
Prezident qəbul keçirdi - FOTOLAR

Prezident qəbul keçirdi - FOTOLAR

Aprel 9, 2026
Lənkəranda ağac maşının üstünə aşdı - Gəlin-qaynana yaralandı - FOTOLAR

Lənkəranda ağac maşının üstünə aşdı - Gəlin-qaynana yaralandı - FOTOLAR

Aprel 9, 2026
Cəlilabadda Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTOLAR

Cəlilabadda Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTOLAR

Aprel 9, 2026
Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? – RƏSMİ STATİSTİKA

Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? – RƏSMİ STATİSTİKA

Aprel 9, 2026
Yağış tarixi Qala divarlarına da ziyan vurdu - FOTO

Yağış tarixi Qala divarlarına da ziyan vurdu - FOTO

Aprel 9, 2026
Tanınmış həkim vəfat etdi

Tanınmış həkim vəfat etdi

Aprel 9, 2026
Hövsanda 1.5 kilometrlik yolda 25 "dinozavr yuvası..." - VİDEO

Hövsanda 1.5 kilometrlik yolda 25 "dinozavr yuvası..." - VİDEO

Aprel 9, 2026
Azərbaycanlı bacılar Oksford və Kembircə qəbul oldu - FOTO

Azərbaycanlı bacılar Oksford və Kembircə qəbul oldu - FOTO

Aprel 8, 2026
Kollektorların üzərində 1600-ə yaxın tikili var - Bu problemi necə həll edək?+VİDEO

Kollektorların üzərində 1600-ə yaxın tikili var - Bu problemi necə həll edək?+VİDEO

Aprel 8, 2026
"Saçlarıma qar yağanda gələsən..." - Vahid Əzizin şeirləri...

"Saçlarıma qar yağanda gələsən..." - Vahid Əzizin şeirləri...

Aprel 8, 2026
Zamirə Ədilova vəzifəsindən ayrıldı

Zamirə Ədilova vəzifəsindən ayrıldı

Aprel 8, 2026
Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Sabah Bakının bu yerlərində qaz olmayacaq - Xəbərdarlıq

Aprel 8, 2026
Prezidentlə xanımı açılışa qatıldı - FOTOLAR

Prezidentlə xanımı açılışa qatıldı - FOTOLAR

Aprel 8, 2026
İcra başçısı Alar kənd sakinləri ilə görüşdü - FOTOLAR

İcra başçısı Alar kənd sakinləri ilə görüşdü - FOTOLAR

Aprel 8, 2026
Cəlilabad Peşə Təhsil Mərkəzində möhtəşəm görüş - FOTOLAR

Cəlilabad Peşə Təhsil Mərkəzində möhtəşəm görüş - FOTOLAR

Aprel 8, 2026
İlham Əliyev Məsud Peşeksiana zəng etdi

İlham Əliyev Məsud Peşeksiana zəng etdi

Aprel 8, 2026
“Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu”

“Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu”

Aprel 8, 2026
Yevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub

Yevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub

Aprel 8, 2026
TƏBİB-in Müşahidə Şurasının yeni sədri o oldu

TƏBİB-in Müşahidə Şurasının yeni sədri o oldu

Aprel 8, 2026
Qızının dəfnində "TikTok"da canlı yayım açan atanın övladını "pay verməsi" ARAŞDIRILIR - RƏSMİ - VİDEO

Qızının dəfnində "TikTok"da canlı yayım açan atanın övladını "pay verməsi" ARAŞDIRILIR - RƏSMİ - VİDEO

Aprel 8, 2026
Ülviyyə İlyasova həbs edildi

Ülviyyə İlyasova həbs edildi

Aprel 8, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.