Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatları məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə tərəflər arasında əvvəlcədən mövcud olan münaqişənin davamı kimi baş verib.
Belə ki, bir il əvvəl baş verən insident zamanı, qətlə yetirilən 1999-cu il təvəllüdlü Nabil Aslanov həmyerlisi 1995-ci il təvəllüdlü Səfixan Nağıyevə bıçaqla xəsarət yetiribmiş.
Ötən gün tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Səfixan Nağıyev əvvəlki hadisəni xatırladaraq Nabil Aslanova çoxsaylı bıçaq zərbələri endirib. Ağır xəsarətlər alan Nabil Aslanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.





























