Aprelin 7-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev rayonlar (şəhər) üzrə təhsil sektorlarının rəhbərləri, regionun şagird sayına görə ən böyük məktəblərinin direktorları, direktor müavinləri və müəllimləri ilə görüşüb.
Mecra.az xəbər verir ki, görüşün əsas müzakirə mövzuları isə, idarənin keyfiyyətlə bağlı fəaliyyət planının geniş təhlili, məktəblərin fəaliyyət planlarının cari vəziyyəti, məktəbdaxili qiymətləndirmənin nəticələrinin təhlili, keyfiyyət göstəricilərinin artırılması üçün strateji addımlar ilə bağlı olub.
Görüş zamanı ümumtəhsil məktəblərində keyfiyyət fəaliyyət planı üzrə görüləcək işlər və hər bir müəssisə üçün müəyyən edilmiş hədəflər bir daha xatırladılıb.































