ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin 10 fevral tarixində ölkəmizə səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” iki dövlət arasında əlaqələri rəsmi şəkildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Xartiyaya əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir
Təkcə Ermənistan–Azərbaycan münasibətləri tarixində deyil, bütövlükdə regionun siyasi tarixində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Əldə olunan nəticə, regiona həm uzunmüddətli sabitlik, həm də iqtisadi inkişaf gətirmək potensialına malikdir. Bundan əlavə, son iki yüz il ərzində bölgəmizi təhdid edən və gərginlik yaradan xarici güc mərkəzlərinin regional sülhə və təhlükəsizliyə birbaşa müdaxiləsini ciddi şəkildə məhdudlaşdıracaq. Bu xüsusda baş verənlər ayrıca tarixi əhəmiyyət kəsb edir.
Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir – qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər
Vensin səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş nəticələr tarixi əhəmiyyətə malikdir. Azərbaycan-Amerika münasibətlərində açılan yeni səhifə tərəflərin birgə səyləri nəticəsində atılan addımların əsasında daha böyük uğurlarla zənginləşəcək.
Əliəsgər Mirzəzadə, ADPU Cəlilabad filialının müəllimi





























