Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini 1980-ci il təvəllüdlü Anar Paşayevin idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü və ailə üzvüləri olan sərnişinlər – 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılardan Valiyə Paşayeva xəstəxanaya aparılarkən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.





























