Aprelin 9-da Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhər “N” saylı hərbi hissəsinə məxsus Cəlilabad rayonunun Ləkin kəndində yerləşən “Əsədli” komandanlığında Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhər “N” sayı hərbi hissəsinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunu üzrə Cəlilabad rayon mərhələsi keçirilib.
Mecra.az xəbər verir ki, yarışda Cəlilabad rayon üzrə təhsil sektorunun, gənclər və idman sektorunun əməkdaşları, həmçinin Göytəpə şəhər Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin zabitləri, Cəlilabad rayonunun Sərhəd kəndlərini təmsil edən Musalı, Əsədli və Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəblərinin komandaları iştirak edib.
Gərgin və maraqlı keçən yarışda Cəlilabad rayonu Musalı kənd tam orta ümumtəhsil məktəbinin komandası birinci yeri tutaraq respublika zona mərhələsinə vəsiqə qazanıb.































