Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək.
Fevralın 18-i gecə niyyət edilir, fevralın 19-u isə ilk oruc günüdür.
Mecra.azxəbər verir ki, sabah Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətva verəcəyi gözlənilir.
Fevralın 19-da – ilk oruc günündə imsak vaxtının 06:06-ya, iftar vaxtının isə 18:30-a təsadüf edəcəyi gözlənilir. Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur.






























