Bu gün 1992-ci ildə Ağdərə rayonu istiqamətində itkin düşmüş və nəşi yenicə tapılmış, şəhid Quliyev Mahir Abuzər oğlunun ailəsi rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən ziyarət olundu.
Mecra.az xəbər verir ki, ziyarət zamanı ailə ilə dəfn mərasimi və digər məsələlər müzakirə edilib. Sonda şəhid ailəsi göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və rayon rəhbərinə öz minnətdarlığını bildirdilər.
Xatırladaq ki, şəhidimizin dəfn mərasiminin fevralın 19-da keçirilməsi planlaşdırılır. Dəfn yeri və saatı barədə əlavə məlumat veriləcək. Allah bütün şəhidlərimizə rəhmət etsin. İnşallah rayonumuzun digər 47 itkin şəhidlərimizin də tapılmasını böyük ümüdlə gözləyirik. Allah dövlətimizi və xalqımızı qorusun!































