İki gün öncə Ağdamın Eyvazxanlı kəndində tikinti zamanı üzləşdiyi bədbəxt hadisə nəticəsində həyatını itirən 36 yaşlı İlkin Babayevin dəfnində onun qayınanası vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Tərtərin Evoğlu kəndində keçirilən mərasim zamanı İlkinin həyat yoldaşının anası 1971-ci il təvəllüdlü Nüşabə Soltan qızı Cəfərovanın halı pisləşib.
Ağır sarsıntı keçirən qadın orada dünyasını dəyişib.






























