Şənbə, Fevral 14, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Manşet

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO

13 Fevral, 26 / 23:37
A A
Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO

Prezident İlham Əliyev Münxendə yerli televiziya kanallarına müsahibə verib.

Mecra.az həmin müsahibəni təqdim edir.

***

REAL Televiziyası: Cənab Prezident, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Budəfəki Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın mesajı nə olacaq?

Prezident İlham Əliyev: Həmişə olduğu kimi, bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, mən bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır – əməkdaşlıq, sülh, tərəfdaşlıq. Təbii ki, Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, bizim imkanlarımız, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt – yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır.

İctimai Televiziya: Cənab Prezident, bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirmi?

Prezident İlham Əliyev: Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib. Vaşinqton Zirvə Görüşündəki razılaşmalar, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi o qədər də tez imzalanacaq.

AnewZ Televiziyası: Cənab Prezident, Bu gün danışdığımız hər kəs köhnə dünya nizamının dağıldığını və yeni dünyanın peyda olacağını deyir, lakin o, hələ də peyda olmayıb. Sadəcə, bir neçə həftə bundan öncə Davosda Siz “Sülh Şurasının Nizamnaməsi”ni imzaladınız. Azərbaycan qurumun təsisçi üzvüdür. Bir neçə gündən sonra isə Vaşinqtonda daha bir görüş olacaq. Yeni dünya nizamının potensial elementi olaraq bu təşkilat haqqında nə düşünürsünüz?

Prezident İlham Əliyev: Bilirsiniz, əgər xatırlayırsınızsa, mən bu haqda danışmışam, ola bilsin, təfərrüatı ilə yox, amma, ümumiyyətlə, demişəm ki, beynəlxalq hüquq artıq etibarlı deyil. Ölkələr, bir çox ölkələr ona sadəcə məhəl qoymurdu. Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək. Azərbaycanın nümunəsi isə bunu həqiqətən nümayiş etdirir. Beləliklə, yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər üzrə yeni sistemin peyda olması, əlbəttə ki, işlənilmə mərhələsində idi. Məsələ onda idi ki, ilk addımı atmaq üçün kim üzərinə məsuliyyət götürəcək. Hesab edirəm ki, böyük gələcəyi olan təşkilatın – Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü.

Əlbəttə ki, hər şey gündəlikdən asılı olacaq. Bildiyiniz kimi, birinci sammit tezliklə baş tutacaq. Hər kəsə sammitin gündəliyinin nədən ibarət olduğunu və nəticənin nə olacağını bilmək maraqlıdır. Lakin artıq daha çox ölkələr dərk edirlər ki, onlar hökumətlərarası münasibətlərə, təhlükəsizliyə, beynəlxalq təsisatların fəaliyyətinə dair yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir.

CBC Televiziyası: Cənab Prezident, Münxen Təhlükəsizlik Konfransının proqramına əsasən, sabah nəqliyyat dəhlizlərinə həsr olunmuş panel sessiyasında Sizin iştirakınız gözlənilir. Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat dəhlizlərinin formalaşdırılmasında öz rolunu necə görür?

Prezident İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə. Buna görə də ölkəmizin potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik.

Əgər neft və qaz kəmərlərini artıq reallaşmış fakt hesab etmək olarsa, baxmayaraq ki, qaz nəqli infrastrukturu¬muzun genişləndirilməsinə ehtiyac var, əgər dəmir yolu əlaqələri ilə bağlı məsələlərin qismən həll olunduğunu nəzərə alsaq və Azərbaycanın nə tranzit daşımaların təmin edilməsində, nə də öz məhsullarının ixracında xüsusi çətinliklərlə üzləşmədiyini qeyd etsək, – hərçənd, Zəngəzur dəhlizi buna əlavə töhfə olacaq, – o zaman elektrik kabelləri, fiber-optik kabellər, məlumat mərkəzlərinin və süni intellektin fəaliyyəti nəticəsində informasiyanın ötürülməsi və tranziti ilə bağlı məsələlər hazırda konkret olaraq məşğul olduğumuz sahələrdir.

Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir. Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Buna görə də biz dəhlizlər haqqında danışarkən, əlbəttə ki, bu məsələyə daha geniş baxmalıyıq: yalnız dəmir yolu və yalnız avtomobil yolu deyil, həm də bağlantını təmin edən və müasir dünyanın tələblərinə cavab verən bütün istiqamətlər nəzərdə tutulmalıdır. Sağ olun.

 
Əvvəlki yazı

İlham Əliyev Slovakiyanın Baş nazirinin müavini ilə görüşdü - FOTO+VİDEO

Növbəti yazı

"O hadisənin ertəsi günü sülh müqaviləsi imzalaya bilərik" - İlham Əliyev

XƏBƏR LENTİ

"Yollara baxan yoxdur, gəncləri buradakı şəraitsizliyə dözmür" - Oğuz sakinləri fəryad edir - VİDEO

"Yollara baxan yoxdur, gəncləri buradakı şəraitsizliyə dözmür" - Oğuz sakinləri fəryad edir - VİDEO

Fevral 14, 2026
Prezident "France 24" telekanalına müsahibə verdi - FOTOLAR

Prezident "France 24" telekanalına müsahibə verdi - FOTOLAR

Fevral 14, 2026
"O hadisənin ertəsi günü sülh müqaviləsi imzalaya bilərik" - İlham Əliyev

"O hadisənin ertəsi günü sülh müqaviləsi imzalaya bilərik" - İlham Əliyev

Fevral 13, 2026
Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO

Fevral 13, 2026
İlham Əliyev Slovakiyanın Baş nazirinin müavini ilə görüşdü - FOTO+VİDEO

İlham Əliyev Slovakiyanın Baş nazirinin müavini ilə görüşdü - FOTO+VİDEO

Fevral 13, 2026
Kollec direktoru 17 ildən sonra işdən çıxarıldı - FOTO

Kollec direktoru 17 ildən sonra işdən çıxarıldı - FOTO

Fevral 13, 2026
Lamiyəni bıçaqlayan keçmiş ərinə hökm oxundu - 14 il

Lamiyəni bıçaqlayan keçmiş ərinə hökm oxundu - 14 il

Fevral 13, 2026
Sabiq icra başçısı ilə bağlı qəar verildi - FOTO

Sabiq icra başçısı ilə bağlı qəar verildi - FOTO

Fevral 13, 2026
İlham Əliyev Bərzani ilə görüşdü - FOTOLAR

İlham Əliyev Bərzani ilə görüşdü - FOTOLAR

Fevral 13, 2026
Prezidentlə xanımı Almaniyadadır - FOTOLAR

Prezidentlə xanımı Almaniyadadır - FOTOLAR

Fevral 13, 2026
İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

Fevral 13, 2026
Cəlilabadda Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd edildi - FOTOLAR

Cəlilabadda Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd edildi - FOTOLAR

Fevral 13, 2026
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək - FOTOLAR

Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək - FOTOLAR

Fevral 13, 2026
Beş nəfərə 200 mindən çox pul "atan" müəllimə bu cəza verildi 

Beş nəfərə 200 mindən çox pul "atan" müəllimə bu cəza verildi 

Fevral 13, 2026
Bu yolda sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Bakının əsas yollarında biri bu gecədən BAĞLANIR

Fevral 13, 2026
Sabah 17 dərəcə isti olacaq

Sabahın havası açıqlandı

Fevral 13, 2026
Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?

Pensiyalar artımla birgə ödənildi

Fevral 13, 2026
Azərbaycan nümayəndə heyəti Ermənistanda - Bu dəfə quru yolla getdilər - VİDEO

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Bu dəfə quru yolla getdilər - VİDEO

Fevral 13, 2026
Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi - FOTO

Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi - FOTO

Fevral 13, 2026
Süni intellektin tətbiqi geniş vüsət almalıdır

Sıx əlaqə və etibarlı əməkdaşlıq mühitində

Fevral 13, 2026
Enerji təminatında fəallığımız artır

Enerji təminatında fəallığımız artır

Fevral 13, 2026
Azərbaycanın yeni rəqəmsal arxitekturası:  Süni intellekt seçim yox, zərurətdir

Azərbaycanın yeni rəqəmsal arxitekturası: Süni intellekt seçim yox, zərurətdir

Fevral 13, 2026
Dünyanın aparıcı güc mərkəzləri ilə bir cərgədə

Dünyanın aparıcı güc mərkəzləri ilə bir cərgədə

Fevral 13, 2026
Bizim üstünlüklərimiz çoxdur

Bizim üstünlüklərimiz çoxdur

Fevral 13, 2026
Kadr hazırlığı əsas vəzifələrdən biridir

Kadr hazırlığı əsas vəzifələrdən biridir

Fevral 13, 2026
Süni intellektin tətbiqi geniş vüsət almalıdır

Süni intellektin tətbiqi geniş vüsət almalıdır

Fevral 13, 2026
"İşini sevən üçün çətinlik deyə bir şey yoxdur..." - Cəlilabadlı müəllim

"İşini sevən üçün çətinlik deyə bir şey yoxdur..." - Cəlilabadlı müəllim

Fevral 13, 2026
Bakıda yeni çəkiləcək yollarla bağlı VACİB XƏBƏR

Bakıda yeni çəkiləcək yollarla bağlı VACİB XƏBƏR

Fevral 13, 2026
Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat prosesi başladı

Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat prosesi başladı

Fevral 12, 2026
Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi

Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi

Fevral 12, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.