Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla vətəndaş nikahı başa çatıb.
Mecra.az xəbər verir ki, bu barədə A.Akopyan feysbuk hesabında paylaşım edib.
“Məlumat vermək istəyirəm ki, mənim Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım başa çatıb. Hər kəsdən bu məsələdə təmkinli olmağı xahiş edirəm”, – o bildirib.
Xatırladaq ki, N.Paşinyanla A.Akopyan rəsmi şəkildə evli olmayıb. Bunun səbəbləri barədə danışan Ermənistan Baş naziri siyasətlə məşğul olduğu üçün gələcəkdə həbs edilmək riskinə görə bu addımı atdığını bildirib. Cütlüyün 4 övladı var (Qafqazinfo).





























