Xəbər verdiyimiz kimi, Gəncədə alüminium zavodunun direktoru Cəmil Səfərov vəfat edib. O, şəxsi avtomobilində ürək tutmasından dünyasını dəyişib.
Mecra.az-ın Manset.az-a istinadla məlumatına görə, Cəmil Səfərov Azərbaycanın Əməkdar artisti, məşhur xanəndə Təyyar Bayramovun bacısının əri imiş.
Mərhum C. Səfərov bu gün Bakıda dəfn edilib. Mecra.az-ın əldə etdiyi məlumata görə, Cəmil Səfərov əslən Cəlilabad rayonundandır.
Fotoda Cəmil Səfərov































