Müğənni Fərəh Samirəqızı saxlanılıb.
Mecra.az xəbər verir ki, bu barədə Lent.az məlumat yayıb.
Bildirilib ki, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb.
O, yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq.
Qeyd edək ki, müğənni Fərəh meyxanaçı Samirənin qızıdır.
Onun sosial mediada həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb.
***
Meyxanaçı Samirə Oxu.Az-a açıqlamasında qızının saxlanılmadığını bildirib: “Qızımın nitqində söyüş və təhqir olmamasına baxmayaraq, ictimai qınağa səbəb olduğu üçün 500 manat məbləğində cərimə edilib. Qızıma şərti həbs cəzası filan verilməyib. Qızımın danışığında təhqiramiz heç nə yoxdur. Təhqiramiz hərəkət spirtli içki içib efirə çıxmaq və onu yayımlamaqdır. Yaxud da insanlara nəyisə təbliğ etməkdir”.





























