İran ABŞ-nin Küveytdəki səfirliyinə zərbə endirib.
Mecra.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumatda səfirliyin atəşə tutulduğu və üzərində tüstü müşahidə edildiyi bildirilir.
Bundan başqa, İran Küveyt ərazisində ABŞ-yə məxsus F-15 qırıcı təyyarəsini vurduğunu açıqlayıb.
Yayımlanan görüntülərdə vurulan qırıcının yerə düşdüyü, təyyarənin iki pilotunun isə katapult etdiyi əks olunub. (Qafqazinfo).




























