ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin mümkün müddəti barədə danışıb.
Mecra.az xəbər verir ki, o, bu haqda “Daily Mail” nəşrinə qısa telefon danışığı zamanı deyib:
“Bu, həmişə dörd həftəlik bir proses olub. Təxmin etmişdik ki, təxminən dörd həftə çəkəcək. Nə qədər güclü olsa da, bu böyük bir ölkədir, dörd həftə çəkəcək – ya da daha az”.
Trump həmçinin bildirib ki, İranda hərbi əməliyyatlar davam etdiyi müddətdə yaxın zamanda yenidən xalqa müraciət edə bilər (Qafqazinfo).





























