İranda ABŞ və İsrailin hücumu nəticəsində həlak olan yüksəkrütbəli hərbçilərin adları açıqlanıb.
Mecra.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Siyahıda aşağıdakı adlar yer alıb:
– general-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Ofisinin rəhbəri
– general-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə müavini
– general-mayor, pilot Möhsün Dərəbaği – Silahlı Qüvvələrin təminat və logistika üzrə müavini
– general-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Ofisinin rəhbərinin müavini
– general-mayor Qulamrza Rzaiyan – FARAJA (İranın hüquq-mühafizə orqanları) Kəşfiyyat Təşkilatının rəhbəri
– general-mayor Bəhram Hüseyni Motləq – Baş Qərargahın əməliyyat idarəsinin planlaşdırma və əməliyyat şöbəsinin rəisi
– general-mayor Həsənəli Tacik – Baş Qərargahın təminat idarəsinin rəhbəri





























