Şənbə, Mart 28, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Manşet

İlham Əliyev Şamaxıdadır - FOTOLAR

23 Mart, 26 / 12:14
A A
İlham Əliyev Şamaxıdadır - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib.

Mecra.az xəbər verir ki, dövlət başçısı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

***

İlham Əliyev Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına kompleks barədə məlumat verib.

Bildirildi ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir.

Kompleksdə 9000 baş heyvanın – 3200 baş südlük, 3000 baş ətlik mal-qaranın və 2800 baş buzovun saxlanılmasına şərait var. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən heyvanlar saxlanılır.

Ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir.

Bura ölkəmizdə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir.

Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.

Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb.

Saxlanılan heyvanlar arasında xəstəliklərin erkən diaqnozu və tez bir zamanda müalicəsi üçün tətbiq olunan innovativ sürü idarəetmə sistemi mövcuddur. Burada real vaxtda sürü inkişafı monitorinqinin həyata keçirilməsi, kökəltmənin səmərəli idarə edilməsi və çəkinin elektron hesablanması üçün xüsusi tərəzi sistemi tətbiq olunur.

Heyvanların identifikasiya və sağlamlıq vəziyyətinin qeydiyyatı, eyni zamanda, mayalanmanın dəqiq vaxtının müəyyən edilməsi üçün “AfiCollar” elektron boyunbağlarından istifadə olunur.

Kompleksdə innovativ və xüsusi stasionar avadanlıqlarla təchiz edilən yem mərkəzi də fəaliyyət göstərir. Burada, həmçinin innovativ sistemlərlə təchiz olunan, “Dry Age” otağına malik ət kəsimi məntəqəsi yaradılıb.

Müəssisədə Şamaxı və ətraf rayonların 200-dən çox sakini işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan buraya işləməyə gələnlər və xarici mütəxəssislərin qalması üçün yaşayış binası da var.

***

İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına liseydə yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.

Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.

Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb.

Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində inşa edilib.

Qeyd edək ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəb istifadəyə verilib.

Paytaxt Bakı ilə yanaşı, bölgələrdə bu cür layihələrin icrası ilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli şərait yaradır. Bu, eyni zamanda, ölkəmizdə ümumilikdə təhsil sahəsinin inkişafını əyani şəkildə göstərir.

 


















 
Əvvəlki yazı

Ağdaşda 70 yaşlı qadın öldürüldü - Oğlu saxlanıldı

Növbəti yazı

Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

XƏBƏR LENTİ

Sabunçuda maşınlar su altında qaldı - VİDEO

Sabunçuda maşınlar su altında qaldı - VİDEO

Mart 28, 2026
Aylıq normadan 4 dəfə çox yağış yağıb

Aylıq normadan 4 dəfə çox yağış yağıb

Mart 28, 2026
Yağış şimal rayonlarında fəsad törətdi: Xudat və Şabranı su basdı

Yağış şimal rayonlarında fəsad törətdi: Xudat və Şabranı su basdı

Mart 28, 2026
Çində 84 yaşlı qadın süni intellekt tərəfindən yaradılan kişiyə aşıq oldu

Çində 84 yaşlı qadın süni intellekt tərəfindən yaradılan kişiyə aşıq oldu

Mart 28, 2026
"Sədərək" ticarət mərkəzini su basdı - VİDEO

"Sədərək" ticarət mərkəzini su basdı - VİDEO

Mart 28, 2026
İntensiv yağışla bağlı 33 nəfər təxliyə edilib - VİDEO

İntensiv yağışla bağlı 33 nəfər təxliyə edilib - VİDEO

Mart 28, 2026
Masallıda 35 yaşlı taksi sürücüsü qəzada öldü - FOTO

Masallıda 35 yaşlı taksi sürücüsü qəzada öldü - FOTO

Mart 28, 2026
Qadına qarşı zor tətbiq edərək qətlə yetiriblər - Meyiti tapıldı

Qadına qarşı zor tətbiq edərək qətlə yetiriblər - Meyiti tapıldı

Mart 27, 2026
Putin İlham Əliyevə təşəkkür etdi

Putin İlham Əliyevə təşəkkür etdi

Mart 27, 2026
Biləsuvarda "Nissan" aşdı - FOTO

Biləsuvarda "Nissan" aşdı - FOTO

Mart 27, 2026
Yağış neçə gün davam edəcək?

Yağış neçə gün davam edəcək?

Mart 27, 2026
Sulutəpəni yağış suları basdı, hərəkət çətinləşdi - VİDEO

Sulutəpəni yağış suları basdı, hərəkət çətinləşdi - VİDEO

Mart 27, 2026
Masallıda dəhşətli qəza: Ölən və yaralananlar var - VİDEO

Masallıda dəhşətli qəza: Ölən və yaralananlar var - VİDEO

Mart 27, 2026
Yağıntılar bu vaxta qədər davam edəcək

Sabah da yağış yağacaq - Proqnoz

Mart 27, 2026
Prezident Gürcüstan səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR

Prezident Gürcüstan səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR

Mart 27, 2026
Bakıda iki nəfərin güllələnməsi ilə bağlı cinayət işi açıldı

Bakıda iki nəfərin güllələnməsi ilə bağlı cinayət işi açıldı

Mart 27, 2026
Niyə evlənənlər azalıb? - "Gənc qızlar evi olmayan oğlanlara şans vermirlər" - VİDEO

Niyə evlənənlər azalıb? - "Gənc qızlar evi olmayan oğlanlara şans vermirlər" - VİDEO

Mart 27, 2026
Azərbaycanda Elm Günüdür - VİDEO

Azərbaycanda Elm Günüdür - VİDEO

Mart 27, 2026
Jurnalist Rəşad Baxşəliyev vəfat etdi

Jurnalist Rəşad Baxşəliyev vəfat etdi

Mart 27, 2026
Rusiya İrana Azərbaycan vasitəsilə yardım göndərdi - FOTOLAR

Rusiya İrana Azərbaycan vasitəsilə yardım göndərdi - FOTOLAR

Mart 26, 2026
Ermənistanda üç hərbçi bıçaqlandı

Ermənistanda üç hərbçi bıçaqlandı

Mart 26, 2026
Ov silahı ilə atəş açdı, oğlu yox, atası öldü - Şübhəlini polis saxladı

Ov silahı ilə atəş açdı, oğlu yox, atası öldü - Şübhəlini polis saxladı

Mart 26, 2026
Bakıda silahlı insident: Ölən və yaralanan var

Bakıda silahlı insident: Ölən və yaralanan var

Mart 26, 2026
Cəlilabadda "yaşıl soyqırım": ağaclar belə məhv edilir - VİDEO

Cəlilabadda "yaşıl soyqırım": ağaclar belə məhv edilir - VİDEO

Mart 26, 2026
Nəzrinlə Mərdanın qızı oldu - FOTOLAR

Nəzrinlə Mərdanın qızı oldu - FOTOLAR

Mart 26, 2026
Lənkəranda 4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış

Lənkəranda 4 yaşlı uşağı maşın vurdu - Qonşusu gəzintiyə çıxarıbmış

Mart 26, 2026
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadıldı

Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadıldı

Mart 26, 2026
Ağdamda minaya düşən Ceyhunun FOTOSU

Ağdamda minaya düşən Ceyhunun FOTOSU

Mart 26, 2026
Bəzi yollar buz bağlayacaq

Temperatur 5° enəcək, külək güclənəcək – Xəbərdarlıq

Mart 26, 2026
41 yaşlı kişi minaya düşdü - Ayağı amputasiya olundu

41 yaşlı kişi minaya düşdü - Ayağı amputasiya olundu

Mart 26, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.